Rus sülhməramlıları özbaşınalıqlarını davam etdirirlər. İndi də rus hərbçiləri yeni evlənən ermənilərə yengəlik edirlər. Bu gün Dadivank (Kəlbəcərin Xudavəng, yaxud Arzu xatun alban monastrı) monastırında yeni ailə qurmaq istəyən erməni cütlüyünün toy mərasimi keçirilib.
Busaat.az xəbər verir ki, bu barədə WarGonzo telegram kanalı xəbər məlumat yayıb.
Xəbərdə deyilir ki, “Ağdərədən (Mardakertdən) olan İrina Qabrielyan və Xankəndi (Stepanakertdən) Aram Berdyan bu gün Dadivankda evlənib. Monastırı qoruduqlarına və baş verənlərdən sonra bu müqəddəs məkanda evlənmək şansına sahib olduqlarına görə ermənilər sülhməramlılara təşəkkür ediblər”, – deyə Telegram kanalı yazır.
Qeyd edək ki, hazırda monastırın yerləşdiyi əraziyə nəzarət bəyannaməyə görə Azərbaycan hərbçilərinin nəzarətində olmalıdır və buna baxmayaraq Rusiya sülhməramsızlıq missiyası ermənilərə heç bir dəxli olmayan məbəddən çıxmağa tələsmir.

