“Prezident Azərbaycan xalqı üçün elə bir tarix yazıb ki, bu millət ömür boyu ona minnətdar olacaq. Mən və mənim nəslim də o cümlədən. Allah razı olsun əsgərlərimizdən. İnanın, müharibə vaxtı qapı döydüm ki, qoyun mən də gedim. Dedilər “qoca kişisən, biabır eləmə bizi”. Mən də illərdir ideoloji cəbhədə vuruşuram”.
Fedai.az «Yenisabah»a istinadla xəbər verir ki, bu sözləri tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Sənətçi azərbaycanlı alimlərin, siyasətçilərin ermənilərin xislətini açmalı oduğunu bildirib:
“İllərdir yazılarımda erməni yalanları ilə mübarizə aparmışam, televiziya verilişlərim, filmlərim buna sübutdur. Mənim 10-15 il əvvəl dediklərimi indi deyirlər, heç adımı da çəkmirlər. Yazdığım materialları götürüb, istinad da etmirlər. İndi niyə ermənilərin yalanlarını göstərən materiallar ortaya qoymurlar? Dünya dahilərinin ermənilər haqda dediklərini niyə ictimailəşdirmirlər? Niyə bu hay tayfasının xislətini açmırlar? “Hay” sözü biclərdən törəyən, zinadan törəyən deməkdir. Onlar işğalçı, bandit ünsürlərdirlər, onun-bunun kölgəsində yaşayıblar. Zəngəzur, Qafan bizim ərazilərdir, tarixi faktlar var. Niyə bunlar deyilmir? Onlar özlərinə yalançı tarix düzəldiblər və bütün dünyanı aldada-aldada gedirlər. Sağ olsun prezident ki, 44 gündə 31 müsahibəsi ilə bütün dünyadakı yalançı erməni təbliğatını zibilə döndərdi, atdı zibil yeşiyinə, artıq yoxdur. Bəs indi akademiya niyə bu işlə məşğul olmur? Mən həmişə demişəm ki, ideologiya, siyasətlə məşğul olan insanlar gərək 3-4 dil bilsin. Bunu bacarmayanların nə parlamentdə, nə də siyasətdə işi yoxdur. Bizimkilər politologiya məşğuldurlar, amma dil bilmirlər. Bu erməniyə cavab verilməlidir, niyə bunu prezident təkbaşına etməlidir?”.
