Bu gün Xankəndinin işğal günü kimi tarixə düşüb. Bu gün 29 il öncə sonuncu azərbaycanlı sakin və hakimiyyət təmsilçiliyimizin fəaliyyətinə son qoyulduğu gündür.
Xankəndi — Azərbaycan Respublikasında şəhər, 1991-ci il dekabrın 26-da Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğalından sonra yaradılan qondarma quruma paytaxtlıq edir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir.
AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayevin rəhbərliyi ilə bir qrup müharibə veteranı Şəhidlər Xiyabanını ziyarət ediblər. AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev bildirib ki, Rusiya sülhməramlı adıyla ölkəyə soxulub 29 il öncə köçkün düşən sakinlərin deyil, yenicə İrəvana gedənlərin problemləri ilə məşğul olur. Bu Rusiyanın mənfur xislətini və bu müharibədə daim tərəf kimi iştirak etdiyini bir daha sübut edir. Xankəndili veteranlar adından bildirirəm ki, biz öz şəhərimizə geri dönmək istəyirik. Amma nədənsə bizim istəklərimizlə heç kim maraqlanmır. Üstəlik deputatımız da ortalıqda görünmür.
Müharibə veteranları səbirsizliklə Xankəndinə dönəcəkləri günü gözləməkdədirlər.
Elnur Səlim

