Redaksiyadan: Müəllif yazısında maraqlı məqamlar və günümüzlə səsləşən faktlar olduğu üçün məqaləni yenidən 3-cü dəfə yayınlamaq qərarına gəldik. Fedai.az-ın araşdırma yazıları gələcəyin problemlərini proqnozlaşdırdığını bir daha gördük. Yazmaq bizdən, oxuyub yaymaq sizdən. Yaymasanız da olar, sadəcə oxuyun ki, proseslərə daha aydın və açıq gözlə baxa biləsiniz…
Bu yazı 2016-cı ildə yazılıb və təkrarən yayınlanır.
Müasir savaş iki cəbhədə aparılır. Öndə bəzən mərmilərin və əsgərlərin deyə bilmədiyini bizlər söyləməliyik. Döyüşən əsgər arxasında informasiya sipərinin olmasını hiss etməlidir. İndiki şəraitdə qlobal informasiya savaşı aparılmalıdır. Bu savaşda münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) izlənilməlidir. Cəmiyyətin şüuruna təsir edən informasiyaların yayılması ən güclü silahdan belə, qorxuludur.
Qlobal informasiya sahəsi 90-cı illərin əvvəllərində yaranıb. CNBC (1989), BBC World News (1991), CNN (1992), Euronews (1993), Blomberg (1994), Əl-cəzirə (1996) və s. kimi qurumların fəaliyyəti örnək ola bilər. Bu gün media orqanları Müdafiə Nazirliyinin verdiyi informasiyalarla kifayətlənir.

Müdafiə Nazirliyi düşmən tərəfi öyrənməyi kiməsəyə yasaqlamayıb. Düşmənin hərbi-siyasi və sosial durumu gündəmə daşınmalıdır. Bu sahədə araşdırmaçı alim R. Hüseynov və jurnalist F. Abbasovun gördüyü işlər təqdirə layiqdir. Biz düşmənlə bağlı hansı səs-küylü araşdırmanı ortaya qoymuşuq?..
Ermənistanın qalibiyyət eyforiyası sabun köpüyündən başqa bir şey deyilmiş. Düşmən tərəfi 22 il ərzində milyonlarla dollar xərcləyib yaratdığı “yarılmaz istehkam” adlandırdıqları “Ohanyan müdafiə xətti” Azərbaycan ordusunun azsaylı hərbi dəstələri tərəfindən bir neçə saat ərzində dağıdıldı. Demək olar ki, bu xəttin 75 faizi sıradan çıxarıldı, hətta ikinci eşalon belə, davam gətirə bilmədi. Düşmənin iki hərbi qərargahı tamamilə məhv edildi.
“Ohanyan müdafiə xətti” boyunca möhkəmləndirilmiş hərbi rayonlar mövcud idi. Orada tank atəş nöqtələri, DOT-lar, 100 mm zenit artireliya qurğuları (qaubitsalar) yerləşdirilmişdi. Betonlaşmış tam profilli səngərlər, mina sahələri, bahalı, müasir sərhədqoruma sistemləri (1000 km) qurulmuşdu. Ərazidə yerüstü radarlar, gecə və gündüz görmə müşahidə kameraları, elektron sərhədlər, seysmik sensorlar və s. işləyirdi. Bu səddi aşmaq erməni əlaltılarının söylədiyi kimi, heç də asan iş deyildi. Ordumuzun peşəkarlığı sayəsində bu sədd ən minumum itki ilə yarıldı.
Düşmən bu aktın şokunu uzun illər unutmayacaq. Bu gün alınmış hərbi strateji mövqeyə malik yüksəkliklərə “təpəcik” deyənlərin iç üzlərini açmaq üçün bu faktları sadalamaq zorunda qaldım. Şimal-Qərb cəbhəsində Madagiz ətrafı ərazilərin azad edilməsi, Madagiz-Tonaşen koridoru kimi tanınan bir hərbi platsdarmın ordumuzun nəzarətinə keçməsi deməkdir. Qarabağ savaşında iştirak etmiş keçmiş döyüşçülər gözəl anlayırlar ki, bu mövqeyə nəzarət düşmənin manevr imkanlarını məhdudlaşdırır.

Bu gün bədii dillə izah etsək, təmas bölgələrində 22 il ərzində aşağıdan yuxarı baxdığımız düşmənə qəhrəman döyüşçülərimiz sayəsində artıq yuxarıdan aşağıya baxırıq. Bu faktları qondarma rejimin qəhrəmanı “komandos” ləqəbli general-leytenant A.Ter-Tadevosyan da təsdiqləməyə məcbur oldu. Bir zamanlar silahsız xalqa, qoca, qadın, uşaqlara qarşı “qəhrəmanlıq” etmiş A.Ter-Todavasyan əməliyyatı “kəşfiyyat döyüşü” adlandırıraq, Azərbaycan ordusunun qarşıya qoyduğu vəzifəni tam yerinə yetirdiyini etiraf etdi. Hələ də şokda olan bu qatil general son günlər sərsəmləməyə başlayıb.
“Sobesednik armenii”-yə verdiyi müsahibədə “xüsusi dəstələrlə içərilərə sızmağa (yəni terror), uzaqmənzili raketlərlə Bakının neft qaynaqlarını vurmağa, nüvə silahı işlətməyə, ölkəmizdə etnik separatçı rejimlər yaratmağa” çağırışlar edir. Bu fakt Ermənistanın özünün terrorçu dövlət olduğunu təsiq edir.
Qarabağdakı separatçı rejimin başqa bir saxta qəhrəmanı, ictimai-xadim, qondarma quruluşun “deputatı”, general V. Balasanyan necə qorxubsa, ordumuzun əməliyyatını Üçüncü Dünya Müharibəsinə bənzədib.
Adları çəkilən bu “qəhrəmanlar” minlərlə günahsız, mülki şəxsin qətlini icra etmiş qatillərdir və onların Haaqa Tribunalına verilməsi zamanıdır.
Hərbi əməliyyatlardan sonra erməni siyasətçi A.Baqdasaryan Ermənistanı Moskvanın kuklası adlandırıraq deyib: “Azərbaycan Qarabağı və digər rayonları alacaq, Ermənistan isə yer üzündən tamamilə silinəcək”.
İdarəetmə üzrə ekspert sayılan A. Mesrobyan: “Ölü və yaralı siyahısında bizim elitadan olan kimsənin övladları varmı” deyə fikirlərini açıqlayıb (“Armenianreport”, 16.04.2016).
Klikya evinin katalikosu I Aram çoxsaylı ermənilərin iştirak etdiyi yığıncaqdakı çıxışında bunları söyləyib: “Erməni xalqı yatma! Biz daim görünən və görünməyən düşmənlərin əhatəsində savaş vəziyyətindəyik. Bizim dostlarımız yoxdur”. Katolikos daha sonra erməni ordusunu və təbliğat işini gücləndirməyə çağırıb. (Novosti.ru, 24 aprel 2016).

“Erməni kəşfiyyatının atası” sayılan David Şahnazaryan 1in.am-a verdiyi müshibədə bildirib ki, “Azərbaycan bizi üstələyir. Belə getsə, Bakı bizə baş əydirəcək”.
Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiya xarici işlər naziri Sergey Lavrovun gedişinin həmən ardından “bir qarış torpağı da Azərbaycana qaytarmayacayıq”, deyə bəyanat verib (“panarmenian.net”, 24.04.2016).
Aprel ayının 4-9-u arası Ermənistan-Gürcüstan gömrük-keçid məntəqəsində illər boyu görünməmiş sıxlıq yaşanmasını Gürcüstan mənbələri təsdiq edir. Orada yaşayan həmyerlilərimiz də ermənilərin Yerevandan qaçmaqda olduqları faktını təsdiqləyirlər. İrəvanda “bizə Qarabağ lazım deyil, o torpaqları sahibinə qaytarın” şüarlı mitinqlər keçirilir.
Ermənistan höküməti “200 saylı yüklərin”, yəni erməni cəsədlərinin Yerevana gətirilməsini 14 aprel tarixindən qadağan edib. Rusiyaya qarşı antipatiya artıq antirus nifrətinə çevrilib. (Paşinyan hökumətinin yaratdığı komissiya bu faktı təsdiq etdi — RED.)
Erməni mətbuatı bu gün “Qarabağdan öncə rusları məğlub edərək qovduqlarını, daha sonra təhlükəsizlik zolağı yaratmaq üçün azərbaycanlıları qovduqlarını yazmaqdadırlar” (“Artsaxpress.am”).
Erməni cəmiyyəti hazırda “yerli-gəlmə”, “əsil-şurduvaz” kimi relikt formada parçalanaraq, hakim “Qarabağ klanına” və Qarabağ əsilli ermənilərə nifrət bəsləməkdədir. Ölkənin bu vəziyyətə salınmasının baiskarları Sarkisyan, Koçaryan cütlüyü hesab olunur.
Sabiq prezident R. Koçaryanın evinə qumbara atılması (Lragir.am), S. Sarkisyanın “parlamentin güllənməsi” işinin təşkilatçısı olmasının yenidən gündəmə gətirilməsi dediklərimizlə bağlıdır. Erməni siyasi elitasının münasibətini yumşaltmaq üçün prezident Serj Sarkisyanın təcili olaraq sələfi Levon Ter-Petrosyanla görüşməsi dediklərimizi sübut edir. Bu gün R. Koçaryanın guya, S. Sarkisyana qarşı olması barədə dövrüyəyə buraxılan informasiyalar Qarabağ klanın alternativ axtarışlarından qeyri bir şey deyil. Ən pis halda R. Koçaryan “siyasi meylini” diriltmək planı işə salınıb.

Hazırda erməni KİV-lərinin məlumatlarına əsasən, deyə bilərik ki, Qarabağ məsələsində “Daşnaksütyun” tək qalıb. Ölkə əhalisi müharibəyə son qoyaraq, dünyaya inteqrasiya olunmaq tərəfdarıdır. Anti Rusiya ovqatlı kütlə artıq ölkənin “Moskva marionetkası” olmasını istəmir. Ölkə əhalisinin böyük hissəsi miqrasiya edərək Qərb və Rusiya ərazilərində yaşamaqdadır. Artıq bu insanlar üçün “genosid” nağılları, “Böyük Ermənistan” xülyaları acı təbəssüm doğurmaqdadır.
Qeyri-rəsmi məlumatlara görə, Ermənistanda yaşayan əhalinin sayı yezidi kürdlərlə birgə 1 milyon 600 min nəfərə çatmır. Bu faktı rusiyalı siyasətçi Vladimir Jirinovski və Rusiya prezidenti Vladimir Putin də təsdiqləyib. Hər iki şəxsin ermənidən çox erməniliklə məşğul olduqları məlumdur.
Şimali Qafqaz, Həştərxan, Moskva vilayəti və s. ərazilərdə məskunlaşmış ermənilərin geri qayıtmaq planları yoxdur. Keçmiş Ağdərə rayonunun Canyataq, Gülyataq, Qazançı, Çıldıran, Ortakənd və s. kəndləri elliklə Rusiyanın yuxarıda sadalanan ərazilərində məskunlaşıblar. Ağdərə ərazisində yaşayan qoca, əlacsız əhali, əsasən Umudlu, Şahmansur (Vəngli), Həsən-Riz (Aterk) ətrafında yaşamaqdadırlar.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin döyüş gedən ərazilərdən 3 min nəfər sakinin qaçqın düşdüyünü söyləməsi dediklərimizi tam sübut edir. Çünki erməni tərəfi Ağdərə şəhəri daxil, Şərq ərazilərini tam boşalmasını əks etdirən sujetlər və informasiyalar paylaşıb. Məqsəd Azərbaycan tərəfi “təcazvüzdə” suçlamaq olsa da, bu fakt, həm də bölgədə mülki əhalinin qalmadığını sübut edir. Ərazilərdə saxlanan mülki sakinlər terrorçu və separatçı rejimin rəsmən girovlarıdır.
BMT nümayəndəsi Stepan Drujarrik Cenevrədəki qaçqın işləri üzrə komissarlıqda Qarabağda mülki əhalinin zorla saxlanması faktını təsdiqləyib.
Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər hümanitar təşkilatların məlumatlarına, Rusiyada məskunlaşan ermənilərin sözlərinə əsasən, Qarabağda cəmi 47800 nəfər erməninin yaşadığını söyləyə bilərik.
Bu faktı erməni şovinisti Zori Balayanın Xankəndi haqqında söylədiyi fikirlər də təsdiq edir: “Biz səhv etdik, bir zamanlar 65 min nəfərin yaşadığı Stepanakertdə (Xankəndi-X.Ə.) bu gün 16 min nəfər əhali qalıb”.
Əslində heç aşağıdakı rəqəmlər də reallığı əsk etdirmir.
Xankəndi – 17 min nəfər;
Ağdərə – 6500 nəfər;
Ağoğlan – 3500 nəfər;
Xocavənd – 8000 nəfər;
Əsgəran – 7200 nəfər;
Şuşa – 3500 nəfər;
Laçın – 1000 nəfər;
Kəlbəçər – 500 nəfər;
Zəngilan – 400 nəfər;
Cəbrayıl – 200 nəfər;
Cəmi – 47.800 nəfər (3 yanvar 2021-сi il tarixdə Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Rusiya sülhməramlılarının dəstəyi ilə Dağlıq Qarabağa qayıdan sakinlərin ümumi sayı 47 mini keçib. Bildirik ki, Qarabağda erməni qalmadığını daha öncələr Rusiya mətbuatı xəbər vermişdi. Yəni erməni-rus faşizminin girovluğunda cəmi 47 min erməni qalıb — red.).
Ermənistan ordusuna məxsus hərbi birliklərin 2750 nəfər, muzdluların 656 nəfər olması barədə məlumatlar qeyd edilir. Əslində isə Ermənistana məxsus hərbi birliklərin şəxsi heyəti 25-30 min nəfəri haqlayır.

Yuxarıda sadalanan fikir və faktlar Ermənistanın sosial, siyasi, iqtisadi və demoqrafik mənzərəsini yaradır. Əhalinin məşğulluğu aşağı səviyyədədir. İnsanlar təsadüfi qazanclara bel bağlayırlar. Onu da vurğulayım ki, yaşayan əhalinin siyahısına işğal altındakı ərazilərimizdə təbii sərvətlərimizi talan edərək, tükətmiş şirkətlərdən olan “Maneks ənd Valeks”-in Argentina və Brazilyadan gətirdiyi 146 nəfərlik işçi də daxil edilib.
Əldə etdiyimiz məlumatlara görə, ermənilər bərk təşviş içindədirlər. Bir sözlə, düşmənin işğal etdiyi ərazilərdə və öz ölkəsində sosial fəlakət yaşanır. Erməni və rus saytlarının yazdığına görə, Ermənistanda fahişəlik geniş yayılıb. Ermənilər xalqın “qədim peşə”sini leqallaşdırmaq təkliflərini parlementə belə, təqdim edib.
Gümrüdə xidmətdə olmuş bir rus əsgəri “pis qoxulu erməni qızlarının ən böyük və ideal arzusu rus əsgəri ilə evlənərək, bu ərazilərdən çıxıb getməsidir”- deyə yazıb.
Türkiyə polisi erməni əxalqsız qadın şəbəkələrini dəfələrlə ölkədən deportasiya edib. (“Armenianreport.ru”, 24.04.2016).

Ölkəyə gəlişin az olması buraya ayaq açan iranlıların şanısını daha da artırır. Bir qarın yeməyə belə razılaşan gənc erməni qadınlarının ardınca gələn iranlıların sayı günbəgün artmaqdadır. “1in.am”ın (18.08.2014) verdiyi məlumata görə, erməni qızları bu iş müqabilində 10 min dram, bütün gecə üçün isə 30-40 min dram xidmət haqqı tələb edirlər.
Ermənistan surətlə geylərin ölkəsinə çevrilir. Yəni əsil GEYASTAN olur. Sadom mafiyası əsrin əvvəlindən bu ölkəni əsarətdə saxlayır. Ermənistanda geylərə qarşı mübarizə aparan Albert Qayumyan deyib: «Vətənə qartalar lazımdır, amma erməni anaları xoruz (petux) doğurlar»…
Başqa bir erməni sosioloq Aqaron Adıbekyan isə belə deyib: «Erməni qadınlarının Rusiyada doğduqları hər ikinci uşaq ermənidən deyil»…
Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Mətbuat Xidmətinin rəhbəri
