Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad etdi. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə köklədi.
Hamı bacardığı qədər əsgərlərimizə yardım etməyə can atırdı. Kimi yardımlar toplayıb aparır, kimlər isə Silahlı Qüvvələrə Yardım Fonduna yardım edirdi. AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bildirdi ki, hadisələrin ilk günündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə birgə olduq, yaralı və şəhid ailələrinin yanında olmağa çalışdıq.
Bu günədək də bu proses davam edir. Hadisələrin ilk günündən 2020-ci ilin iyul ayından Azərbaycan Respublikası Səhiyyə nazirliyi Mingəçevir şəhər Ruhi Əsəb Dispanserinin baş həkimi işləyən Şəmsinur Vaqif qızı Hüseynova, həm döyüşən əsgərlərimizə, həm şəhid ailələrinə, həm də Qarabağ uğrunda döyüşlərdə yaralanmış əsgər və zabitlərimizə müxtəlif yardımlar göstərib. .
Bir həkim kimi Şəmsinur Hüseynova, cəbhədən geri dönmüş yaralı əsgərlərə tez-tez baş çəkərək onlara dəfələrlə yardım göstərib. Həmçinin şanlı tariximizi öz qanları ilə yazmış müqəddəs şəhidlərimizin ailələrini də yaddan çıxarmır. Onların evlərində olur və problemləriylə maraqlanır.
Vətənpərvər həkim Şəmsinur Hüseynova bu xeyirxah və humanist işləri bundan sonra da davam etdirəcəyini qeyd edib.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov, belə xeyirxah insanlarımızın əməyini veteranlar həmişə yüksək qiymətləndirir. Veteranlar adından Şəmsinur xanıma öz minnətdarlığımızı bildiririk.
Elnur Səlim










