Erməni mətbuatında Naira Karapetyan adlı erməni qadın yazır: «Yadınızdadır, elə deyilmi? Bura Qarabağın girişindəki qoyulmuş lövhənin yeridir … Nikolun təslim aktını imzalamasından 44 gün keçdi və bu 44 gün ərzində itirdiklərimiz bizə çox baha başa gəldi: Yeni əsirlər, təslim olan yeni kəndlər, Zəngəzurda Azərbaycan bayrağı və hərbi qüvvələr, Sotk QIZIL mədənində Ermənistan ərazisindən anlaşılmaz güzəştlər.
Aşağıdakı şəkilə yaxşı baxın və əmin olun ki, Nikol 44 gün əvvəl istefa etsəydi, bu qapını türklərə verməzdik. Ermənilər can, bu türk qapıları bizim hər birimizin evlərimizin qapısı ola bilər, hər birimiz hələ də öz ərazimizdə əsir düşə bilərik, bizim hər birimizi «İTİ QOVAN kimi QOVA» bilərlər, başa düşürsünüz?”
İSMAYIL TANRIVERDİ
BDU-nun erməni araşdırmaları Elmi tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

