Əsgərlərə göndərilən yardımlar satışa çıxarılır -FOTO

Novxanı kəndindən 5-ci sinif şagirdi əsgərə məktub göndərib. O, «Səninlə fəxr edirəm, Azərbaycan əsgəri» sözləri ilə başlayan məkubu isti corabın içində yollayıb əsgərə.


Amma Azərbaycan əsgəri nə o məktubdan xəbər tutdu, nə də o corabı geyinə bildi. Daha doğrusu, məktub ünvana çatmadı.


Ağsuda marketdən alınan corabın içindən çıxan məktubu indi hamı gördü. Fəxrlə yox, utancla.


Mediapress.az-a verilən məlumata görə, əsgərlərə göndərilən yardımlar təəssüf ki, hal-hazırda marketlərdə satışdadır…


Ümid edirik, lazımi orqanlar, xüsusilə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayacaq.


Könül Aypara (Dominant.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •