BU ÖLKƏDƏ KİMLƏRİNSƏ İŞIĞI ERMƏNİCƏ SÖNÜR…

REDAKSİYADAN*: 5 iyul 2018-ci ildə yayınladığımız bu məqaləni yenidən yayınlamaqda məqsədimiz bir daha diqqtinizi 5-ci kolonun bu gün bütün cəbhə boyu hücuma keçməsinə yönəltməkdir. Ali Baş Komandan İlham Əliyevin daşı ermənilərin və bu kolonun başına düşdüyü ortadadır. Qalib əsgər və ordumuz hədəfə alınıb. Bahalaşma ilə xalq arasında narazılıq yaratmaq istəkləri ortadadır. Qalib əsgərin əmək haqqı oyunları, yaralı qazilərin tam baxımsızlığı, əlillik sənədlərinin süründürülməsi, veteranlıq statusu ilə bağlı oyunbazlıq və s. bu kolon oyunlarının görünən tərəfləridir. Qələbəmizin üzərinə kölgə salmaq niyyətli insanların cinayətkarcasına açıqlamalar verməsi də bu planın tərkib hissələrindəndir və bunlar barədə xəbərdarlıq etmişdik. Ən azı bu kolonun Aprel döyüşlərindən sonrakı fəaliyyətləri araşdırılmalıdır…

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır”- sözləri erməni mediasında və siyasi dairələrində geniş əks-səda doğurdu. Erməni mətbuatını ardıcıl izləyənlər düşmənin anında Prezident İlham Əliyevi hədəfə aldıqlarını yaxşı bilirlər.


Deyə bilərsiniz ki, bunun elektrikin kəsilməsi ilə nə əlaqəsi? Dəfələrlə yazmışıq və bir daha təkrar edirik ki, hər dəfə ölkə başçısı bu tip bəyanatlar verəndə, xaricdə və ölkə daxilində erməni istəklərinə uyğun proseslər baş verir. Bu işıq sabotajı da illərcə hazırlanmış bir aksiya olmasını faktlar əsasında diqqətinizə çatdırmağa çalışacağıq. Enerji sektoru dövlətin strateji qollarından biri sayılır. Bunun nə demək olduğunu son iki gün ərzində hər biriniz gördünüz. Bu hadisə Azərbaycan prezidentinin çıxışına daxildəki erməni kolonunun «Azərsu» və «Azərenerji» ASC-lərin xəttiylə etdiyi sabotaj hərəkətidir və bu belə qiymətləndirilməlidir.


Azərbaycanın enerji sistemində baş vermiş son qəza hadisələri bir çox saxtakarlıqların və oğurluqların üstünü açdı.


«Azərenerji» ASC sözçüsü BBC Azərbaycana verdiyi açıqlamanı dərc edib: «Qəzanın səbəbləri haqqında danışan Yəhya Babanlı deyib ki, yarımstansiyanın soyutması o tələbə cavab vermədiyinə görə, mövcud mənfi mənzərəni ortaya çıxarıb. Rəsmi məlumatlarda deyilir ki, son 120 ilin ən böyük temperaturudur, 120 ili biz düşünürdükmü tempratur qalxacaq?» Bu barədə geniş məlumat verəcəyimizə görə şərh yazmırıq.

Respublika FH naziri hadisə yerinə gələrək cərəyan transformatorunun yanması kimi gülünc bir bəyanat verib. Müşavirədə isə K. Heydərov deyib: «İlk hadisə zamanı mən özüm də sırağagün oraya getdim. Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılmış və qabağında olan kanallarda kabelləri yandırmışdır. Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməmişdir. Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır. Ərazi quru otlardan təmizlənməmişdir. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, – düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, – Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda, qəza baş verən gün suyun temperaturu 28 dərəcə olmuşdur, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədir.


Cənab Prezident, Siz çox düzgün qeyd etdiniz ki, oradakı hər hansı bir yarımstansiyada qəza olduğu halda nəinki sistem çökməməlidir, heç o stansiyanın digər bloklarında da başqa bir şey olmamalıdır.»


Daha sonra bəzi təkliflər irəli sürüb: «Cənab Prezident, mən orada müşahidə etdiyim məsələlərdə ən əsas gördüyüm odur ki, birincisi bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır. Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın.»


Bu çıxışın bircə şərhi ondan ibarətdir ki, Mingəçevir İES-də fəaliyyət göstərməsi vacib olan yanğından mühafizə sistemləri yararsız olduğuna görə işə düşməyib və İES-də heç də nazirin dediyi kimi cərəyan transformatoru deyil, 6-cı blok və qazan yanıb. Çünki cərəyan transformatoru, adətən mühafizə sistemlərindəki cihazları qidalandırmaq üçün nəzərdə tutulub. Yəni bu çıxışın ölkə prezidentini qane etməməsi elə stenoqramdan da aydın olur.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib:


«Möhtərəm cənab Prezident.


Hadisə baş verən kimi, biz mövcud su və kanalizasiya nasosxanalarını, su mənbələrini su basmasının qarşısının alınması üçün vacib tədbirlər gördük və bu qurğuların heç birində heç bir problem olmayıb. Enerji kəsiləndən sonra mövcud vəziyyəti qiymətləndirdik. Su anbarlarındakı ehtiyatlarımız, kanalizasiya-nasos stansiyalarına aparan xətlərin təhlil imkanları olan xətlər. Həmin ərazilərə əvvəlcə ehtiyat suların qənaətlə verilməsi rejimini müəyyənləşdirdik. Harada ki nasos stansiyasına ehtiyac yoxdur, öz axınında, rejimində su verilir. Digər yerlərə suyun verilməsi üçün biz su maşınlarını işə cəlb etdik». Bu çıxış da tam ölkə başçısını aldatmağa yönəlib. Artıq 3-cü gündür ki, Bakı kəndlərinə su verilmir. Edilən zənglərə cavab verilmir və qaynar xətt daim məşğul göstərir. Yalnız 3 gün ərzində bircə dəfə özünü təqdim etməyən birisi təzyiq olan kimi su veriləcəyini deyib.


Balababa RZAYEV: «Təxminən 2 saat 40-50 dəqiqə. Dünənkində isə 30 dəqiqə. Rusiyadan alınan birinci 100 meqavat ki, bizə Abşeron xətti ilə verildi, onunla bütün xəstəxanalar, kanalizasiya və su təchizatı sistemi, bütün həyati vacib obyektlər, metro, hava limanı – bunlar hamısı təmin olundu».


Bu çıxışın cavabını isə metro rəhbərinin çıxışı təkzib edir. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur HÜSEYNOV dedi:


– Möhtərəm cənab Prezident. Ayın 2-də gərginlik itəndən sonra aşağıdakı fəsadlar yarandı: hərəkətdə olan 18 sərnişin qatarı dayandı – 9-u stansiyalarda, 9-u tunellərdə. Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları söndü, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayandı. Təqribən saat yarımdan sonra əsaslı su xaric qurğularında suyun səviyyəsi qalxdı. Metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında səviyyə kritik həddə çatmışdı.


Aşağıdakı tədbirlər görülüb: akkumulyatorlardan qidalanan qəza işıqları qoşuldu. Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərildi. Birinci gün stansiyalarda və tunellərdə dayanan qatarlardan sərnişinlər təxliyə olundu. Ümumilikdə 154 nəfər sərnişin çıxarıldı. Xəsarət alan olmadı. Vəziyyətdən çıxmaq üçün “Nizami” və “Nəsimi” stansiyalarındakı su xaric qurğularından su öz axını ilə nisbətən az debiti olan su xaric qurğularına istiqamətləndirildi. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarıldı. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başladı. Ayın 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi itəndə analoji fəsadlar yarandı və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub. Bu gün iyulun 4-də saat 13:10-da metropolitenin xətləri və stansiyaları yenidən sərnişindaşıma fəaliyyətinə başladı.


Baş nazirin birinci müavini, komissiyanın sədri Yaqub EYYUBOV çıxış edərək dedi: «Cənab Prezident, icazənizlə “Azərişıq” ASC-nin elektrik təchizat sistemində baş vermiş fasilə ilə əlaqədar bir sıra dövlət müəssisələrində yaranmış vəziyyətlə bağlı aşağıdakıları məruzə etmək istərdim. Neft Şirkəti üzrə – hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanmışdır. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcəkdir. İlkin ehtimala görə görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcəkdir və s.» Göründüyü kimi Baş Nazirin I müavininin hadisəni şərh etmək adına heç bir fikri yoxdur və sitat gətirdiyimiz bu çıxışa əlavə olaraq bildiririk ki, bu zavod belə hallarda alternativ rejimə keçməli idi. Yəni Komissiya sədri daha qlobal problemdən deyil, daha kiçik problemə diqqəti yönəltməyə çalışdığı görünür.


Daha sonra çıxış edən Baş prokuror Zakir QARALOV problemi daha ciddi surətdə araşdırdığı görünür və baş verənlərlə bağlı deyib: «İclasdan əvvəl mənə verilən ilkin məlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olmuşdur. Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilmiş, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulurdu. Həmin məsələ icra olunmamışdır. Belə bir halda gərginlik azalmaqla cərəyan artmışdır.

Digər vacib məsələ, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmamışdır. Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmamış və təmir işləri aparılmamışdır. Nəticədə cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmamış, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmamışdır. Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnmişdir. Eyni zamanda, son 3 ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb olunurdu ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmamış, ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmamış və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmamışdır. Dəfələrlə hər il bu məsələ qaldırılır, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar qəzaya gətirib çıxarmışdır. Siz tamamilə düzgün sual verdiniz ki, nə səbəbə görə bir elektrik stansiyasında baş vermiş qəza lokallaşmır, bütövlükdə bizim energetika sistemi çökür? Mütəxəssislərin fikri ondan ibarətdir ki, “Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb. Yəni, bunu biz Sizə mütəxəssislərin əlavə rəylərini aldıqdan sonra təqdim edəcəyik. Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir». Qısa vaxt ərzində prokrorluq orqanları işin izinə düşməsi görünəndir.
Çıxışları diqqətlə dinləyən Dövlət başçısı deyib: «Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır».


«Azərenerji» ASC uzun illər ərzində milyardlar xərclədiyi enerji sisteminin bir an içində çökməsinin ciddi səbəbləri mövcuddur və bu faktlar ölkə başçısına deyilmədi. Energetika sahəsində çalışanlar yaxşı bilirlər ki, istehsal edilən enerji aktiv və reaktiv enerji kimi istehsal edilir və ötrülür. Sovet dövründə bu enerjilərdən istifadə qaydalarına tam əməl edilirdi. Qurulmuş yarım stansiyalarda sinxron kondensatorlar, sinxron kompensatorlar quraşdırılırdı və bu kondensatorlar mövcud xəttləri zədələnməkdən qoruyurdu. Apardığımız araşdırma zamanı yeni qurulmuş yarımstansiyalarda bu qurğuların qoyulmadığını və köhnə yarımstansiyalarda isə söküldüyünü aydınlaşdırdıq. Bu sinxron kondensatorlar enerjini tənzimləyirdi. Hazırda baş verən qəzanın başlıca səbəbi bu sistemin dağıdılmasından qaynaqlanır. Çünki havaların isinməsi ilə əlaqədar olaraq reaktiv enerjiyə tələbatın aşağı düşməsi və aktiv enerjinin isə yüksəlməsidir. Energetik sistemdə mövcudluğu mütləq olan 4 növ rele mühafizələrinin olmaması da üzə çıxıb. Belə ki, qəza baş verən kimi birinci rele mühafizəsi açılır. 50 Hersdən aşağı və ya yuxarı olduqda isə II rele mühafizə sistemi 11 saniyə ərzində açılmalı idi. III mühafizə sistemi diferensial (eninə və uzununa) adlanan mühafizə sistemidir. Həddən artıq yüklənmə baş verdikdə bu mühafizə sistemi açılmalı idi. IV mühafizə sistemi «0» sisteminin mühafizəsidir. Lakin araşdırma zamanı məlum oldu ki, bu mühafizə sistemləri və onlar üçün ayrılmış milyonlar göyə sovrulub. Çünki «Azərenerji» SC havanın tempuraturunu səbəb kimi göstərməsi bizim enerji sistemimizə rəhbərlik edənlərin bu sahədən xəbərsiz olduqlarının göstəricisi sayılmalıdır. Havanın tempraturu yüksək olan Afrika ölkələri şamlamı idarə olunurlar?

Blokda qurulmuş Çin istehsalı olan açarların və generatorların soyudulması sistemləri hidrogenlə həyata keçirilir və qızma xarici təsirlə deyil ötürülmə xəttləri hesabına baş verir. Sistem xətası zamanı baş verən qızmada heç də deyildiyi kimi, stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olması deyil, sistem daxili qızma nəticəsində hidrogenin kənara çıxaraq oksigenlə birləşib yanmasıdır. Müşavirədə yağ sızması, kabeli və yaxud cərəyan transfarmatorunu yandırması barədə deyilənlər yanlışdır. Məhz hidrogenin yanmasıyla 6-cı blok və qazanın yanması baş verib və ölkənin enerji infrastrukturunu iflic hala salıb. Bəs bu sistemlərin dağıdılmasında və reaktiv sayğacların 2006-cı ildə ləğv olunmasında məqsəd nə imiş?


“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri A. Rzayev qeyd edib ki, regionlarda paylayıcı şəbəkələrdə elektrik enerjisinin itkisi daha çoxdur — 18%, “Bakıda isə bu, 9% təşkil edir. Avropa və digər qabaqcıl ölkələrdə bu göstərici 5-7% həddindədir. Eyni məqalədə Azərbaycanda 2020-ci ilə kimi elektrik paylayıcı şəbəkələrdə itkilərin 15,5%-dən 6,5-7%-ə endirilməsi nəzərdə tutulduğunu qeyd edib (APA). Bu itkilərin tək səbəbi reaktiv sayğacların və reaktiv enerjiyə aid sistemlərin məqsədli şəkildə sıradan çıxarılmasıdır. Çünki reaktiv sayğaclar olmadığına görə itkinin miqyasını müəyyən etmək mümkün deyil və aidiyyatlı orqanlar istədiyi rəqəmləri statisyikaya təqdim edə bilərlər.

Ölkədə ümumi generasiya gücü 7 100 MVt olan stansiyalar var ki, onların 14-ü istilik, 11-i isə su elektrik stansiyalarıdır. Ortam 15,5 % itki ilə götürsək bu 1100,5 MVt enerji deməkdir. İndi bu enerjini manata çevirsək 2-3 milyard manat etdiyini görərik. Amma bu itkini dağıdılmış sistem hesabına müəyyən etmək mümkün deyil və «Azərenerji», həm də «Azərişıq» ASC-lər enerjini «pula çevirməyin» ustalarıdır. Əvəzində qurban verdiyimiz isə Dövlətin strateji qollarından biri olan enerji təhlükəsizliyimizdir və onun necə təhlükəli olduğunu daha əyani, daha aşkar şəkildə görə bildiniz. Gördünüz ki, Sanqaçalda Bakı-Ceyhan boru kəmərini təhciz edən modul stansiyadan qeyri bir modul stansiyamız olmadığı üzə çıxdı. Qoy Komissiya araşdırsın.


Qoy komissiya araşdırsın ki, sistemin bu şəklə salınmasında iki maraq var:


1. Maksimum oğrluq etmək və onu gizləmək!
2. Enerji verilişini tam nəzarətdə saxlamaq və lazımı anda sıradan çıxarmaq!

Qəza aşkara çıxardı ki, metroda ikinci qidalandırıcı xətt və alternativ generator siztemi sıradan çıxarılıb. Qoy Komissiya araşdırsın.


Qəza üzə çıxardı ki, bu gün hay-küy salan xəstəxanalar generatorları xəstəxanaya deyil, özgə yerlərə qoyublarmış. Qoy, Komissiya araşdırsın.
Qəza üzə çıxardı ki, dəmir yollarını idarə etmək üçün nəzərdə tutulan modul stansiya da işləmir. Sumqayıt- Bakı qatarı yolda qaldı. Qoy, Komissiya araşdırsın…


Və qoy, Komissiya araşdırsın ki, Ali Baş Komandan cənab İlham Əliyevin Paradda etdiyi çıxışda dediyi: «Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər»-sözləri ilə bu qəzanın nə əlaqəsi var. Biz düşmənin strateji hədəflərini hərbi silahlarla vurmağı hədəflədiyimiz bir vaxtda, erməni «öz bioloji-anatomik silahlarını» kimlərin evində yerləşdirib və bu gün Prezidentə, onun xalqına güc nümayiş etdirməkdən çəkinmir? Özü də hesablanaraq hava şəraitinin ən pis olduğu günlərdə bu sabotaja əl atılır? Bu Komissiya o işi açmağa qabil deyil. Çünki görünən dağa nə bələdçi…


Bizim də təsadüf saydığımız Alov qülləsindəki erməni bayrağının əks olunmasını heç araşdırmayın, amma SOCAR binasında da eyni rəngləri də araşdırın. Məgər sizlərin işığı ermənicə sönür?! Bunu mütləq araşdırın…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: