Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxdu

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.


Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, 10 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub.


Virusa yoluxmuş işçi heyətinin sayı 7 nəfərdir.


Məktəbəqədər hazırlıq qruplarında təhsil alanlar arasında virusa yoluxan qeydə alınmayıb.


Qeyd edək ki, əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 564 nəfər olub.

Bu xəbəri paylaşın: