Son aylarda erməni lobbi təşkilatları və konqresmenlərinin fəal səylərinə baxmayaraq, ABŞ-ın Qarabağ separatçılarına veriləcək birbaşa yardım rədd edilib.
Ermənistan KİV-lərinin verdiyi məlumata görə, Erməni Amerika Araşdırmaları Mərkəzi bu barədə məlumat yayıb.
Mərkəzdən verilən açıqlamada: «Tramp Administrasiyası Dağlıq Qarabağ ərazilərinin [Ermənistan tərəfindən işğal edilmiş — red.] minalardan təmizlənmə proqramlarını azaltmaq qərarına gəldi»- dedi.
Təşkilat xatırladır ki, ABŞ, Ermənistandan sonra qondarma «Dağlıq Qarabağ Respublikası»nın oyuncaq separatçı rejiminə birbaşa maddi yardım göstərən yeganə dövlət idi.
Bu xəbəri paylaşın: