Xatırlayırsınızsa, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov sosial şəbəkədə etdiyi bir paylaşımda qazinin vəziyyətini ictimailəşdirmək istədiyini yazmışdıq (22. 01. 2021).
Kamil Şirinovun çağrışından sonra həkimlərimiz müharibədə ağır yaralanmış döyüşçü Bayramov Vahid Məmmədəli oglunu Respublika xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirərək müalicəsinə başlamışlar.
Bu gün Vətən müharibəsində yaralanmış Bayramov Vahid Məmmədəli ogluna baş çəkən AVMVİB sədrinin I müavini Kamil Şirinov bildirdi ki, Abşeron rayonu 4 saylı orta məktəbin direktoru Zəminə Nurayevanın təşəbbüsüylə qaziyə baş çəkiblər. Onun müalicəsiylə maraqlanıblar. Vahid Bayramov həkimlərin göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
AVMVİB sədrinin I müavini Kamil Şirinov, həm həkimlərə, həm də məktəb rəhbərliyinə öz minnətdarlığını bildirdi. Köhnə döyüşçülərin daim gənc döyüşçülərin yanında olacağını bildirdi.
Allah xeyirxah insanlarımızı qorusun və yaralı əsgərlərimizə də şəfa versin!
Elnur Səlim
