Ermənistana yenə hədiyyə — Rusiya İran vasitəsilə silah göndərir

İranın Ənzəli dəniz limanından çoxlu sayda “Kamaz” markalı rus hərbi maşınının Ermənistana göndərilməsi barədə xəbərlər yayılıb. Qaynağın bildirdiyinə görə, bundan başqa İranın Novşəhr dəniz limanında yüzlərlə rus hərbi maşını Nurduz gömrük keçid məntəqəsindən Ermənistana göndərilmək üçün hazırlanıb. Hərbi yük maşınlarında silah -sursatın olduğu düşünülür.

Qeyd etmək lazımdır ki, Qarabağda gedən Vətən müharibəsi zamanı İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Buna etiraz olaraq, Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Həmin aksiyalar zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını vəhşicəsinə döyərək həbs edib.

Ermənistanın məğlubiyyətə uğramasından sonra bir çox İran rəsmisi açıq şəkildə Ermənistana daha geniş dəstək vermək təklifi ilə çıxış ediblər. Sual yaranır: doğrudanmı, daşınan hərbi yüklərdir? Əgər belədirsə, deməli, növbəti müharibə hər an başlana bilər. 

Bu xəbəri paylaşın: