Bəzi məktəblərdə əyani dərslər başlayır

Bu gündən Azərbaycanın bəzi şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrində əyani dərslər başlayır.

Təhsil Nazirliyi açıqlayıb ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında I-IX sinif şagirdləri məktəbə gedəcəklər.

Nazirlik bildirib ki, ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris I-IX siniflər üzrə həftədə 5 dəfə, bu məsafəni gözləməyə imkan verməyən məktəblərdə isə həftədə 3 dəfə keçiriləcək.

Qurum qeyd edib ki, Nazirliyin tabeliyindəki və ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən uşan-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.(BBC)

Bu xəbəri paylaşın: