Təhsil naziri şagirdlərə müraciət etdi

 Təhsil naziri Emin Əmrullayev bu gündən əyani tədrisin mərhələli bərpası ilə bağlı şagirdlərə müraciət edib. 

O, fikirlərini sosial şəbəkə hesabında bölüşüb:

“Ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur. İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər. Sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir. 

Hər birinizə müvəffəqiyyətlər!”

Bu xəbəri paylaşın: