AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun verdiyi məlumata görə, rayon veteranları müharibə veteranı Fəxrəddin Şəbiyevin oğlunun cəbhədən qayıtmasına rayon şöbəsi İdarə Heyətinin üzvü, Vətən müharibəsi əlili Malik Həsənovun dediyi qurbanı kəsiblər.
Ata və oğul döyüşçülərə rayon veteranları göz aydınlığı veriblər. Bildiribilib ki, Mübariz kimi bir qəhrəmanın vətənindən onlarla gəncimiz bu döyüşlərə qatılıb. Şücaətlər göstəriblər.
AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov belə tədbirlərin davam etdiriləcəyni bildirib.
Elnur Səlim
