Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

Vətən müharibəsində Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının 184 nəfər hərbi qulluqçusu şəhid olub.

İnterAz-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov bildirib.

O qeyd edib ki, Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının şücaət göstərmiş 4 minə yaxın hərbi qulluqçusu müxtəlif medallarla təltif edilib.

Bu xəbəri paylaşın: