Aİ Rusiya əleyhinə qərar qəbul edir

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını təklif edəcək.

Oxu24.com AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə C. Borrell Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

Bu iclaslarda növbəti addımlar barədə qərarlar veriləcək. Sanksiyaların müzakirələrə daxil edilməsi düzgün olardı. Aİ-nin Xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi kimi təşəbbüs hüququmdan istifadə edərək konkret təkliflər verəcəyəm”, — deyə C. Borrell vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Ali Nümayəndəsi 4-6 fevral tarixlərində Rusiyada səfərdə olub.

Bu xəbəri paylaşın: