İki gün əvvəl, yəni fevralın 7-də səhər saat 8:00-də erməni keşişinin təşkilatçılığı ilə bir qrup erməni «Zəvvar» adı ilə Xankəndindən Dadivank kilsəsinə təmtəraqla ziyarətə yola düşdülər. Əllərində də yeni «düzəltdikləri ikona» ilə görüntülənib.
Məqsəd ermənilərin bu kilsəyə daimi ziyarət etmələri üçün bir bəhanə idi. Kilsəyə çatarkən qarşılarında bir «MANEƏ» durduğunu hiss etdilər. Bu maneə müzəffər Azərbaycan odusunun əsgərləri idilər və onlar ermənilərin bura gəlməsinə icazə vermədilər. Bununla da ermənilərin əziyyətləri özlərinə qaldı, yəni suları süzülə-süzülə geri qayıtdilar.
Sülhməramlıların müşayiəti ilə Xankəndidən Kəlbəcərə doğru yola çıxan erməniləri Azərbaycan hərbçiləri dayandırıb və bildiriblər ki, səfər haqqında öncədən məlumat verilməlidir. Bunu etmədikləri üçün keçidə icazə verə bilməzlər.
Ermənilər keçid icazəsi almaq üçün 3 saat gözləyib, lakin yenə də əraziyə daxil ola bilməyiblər. Daha sonra onlar Xankəndiyə qayıdıb.
Müharibədən sonra Azərbaycan ermənilərin Xudavəng monastrında ibadət etməsinə icazə verir, lakin bu haqda əvvəlcədən xəbər vermək lazımdır. İndiyə qədər monastrı ziyarət edən ermənilərin təxribat xarakterli addımları müşahidə olunub, bununla yanaşı, monastr ətrafında rus sülhməramlılarının da funksiyasından kənar, ermənilərin xeyrinə fəaliyyəti ilə qarşılaşmışıq. Burada diqqətçəkən əsas məqam Azərbaycan hərbçilərinin rus sülhməramlılarına rəğmən, erməniləri əraziyə buraxmamasıdır.
Xatırladaq ki, Türkiyə hərbçilərinin gəlişindən sonra əli güclənən Azərbaycan müharibədən sonra baş verən xoşagəlməz hallara imkan vermir.

İkinci bir xəbər də ondan ibarətdir ki, Qarabağın uydurma hakimiyyəti Ermənistana belə bir xəbər göndərib ki, — Bu ildən etibarən Qarabağdan Ermənistana TAXIL ixracatı olmayacaq.
Yəni indiyə qədər Ermənistan öz TAXIL ehtiyacını Azərbaycanın işğalda olan rayonlarının hesabına ödəyirdi. Bundan sonra isə Ermənistan özü öz başının çarəsinə baxmalıdır.
İSMAYIL TANRIVERDİ
BDU-nun erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin Böyük elmi işçisi
