İkinci Qarabağ müharibəsi zamanı öldürülən daha 4 erməni hərbi qulluqçunun cəsədi tapılıb.
Bu barədə qondarma qurumun «nümayəndəsi» məlumat verib.
Bildirilir ki, cəsədlər Qubadlı rayonu ərazisində aşkarlanıb. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.
2020-ci ilin 13 noyabrından indiyə kimi Qarabağda itkin düşmüş 1 378 erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.
Bu xəbəri paylaşın:
