Prezidenti İlham Əliyevin dünən açılışında iştirak etdiyi «Güləbird” Su Elektrik Stansiyası (SES) ilə bağlı iqtisadçı Toğrul Vəliyev maraqlı məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, iqtisadçı ermənilərin Güləbird SES-i 2019-cu ildə tikdiyini bildirib:
«Erməni mənbələrinin məlumatına görə, bu SES «Həkəri» MMC adlı şirkətə məxsus olub. Şirkət 2020-ci ilin ilk yarısında təxmini 16 min manat həcmində vergi ödəyib (Separatçı rejimə vergi ödəyən 300 şirkət arasında 295-ci yerdə olub). Başqa tərəfdən bu şirkət daxili korrupsiyanın yaxşı təcəssümüdür.
Belə ki, şirkət səhmdarları arasında 2019-cu ilin sonuna kimi Arayik Aratyunyanın köməkçisi olan şəxsin həyat yoldaşı, Ermənistanda fəaliyyət göstərən mis kombinat sahiblərin həyat yoldaşları və digər Su Elektrik Stansiyaların sahibləridir (şirkətin özü 2016-ci ilə qeydiyyatdan keçib).
SES-in gücü 8,04 MVt, istehsalı isə 45-82 milyon kVt*saat elektrik enerji təşkil edir”.
Orxan Əhmədli
