Ermənilərin «Tanrı ordusu» və «Vətən cəngavərləri terror təşkilatı»: Azərbaycana Qarşı Məxfi Genosid Planın gizlinləri !!!

Araşdırma materiallarında qeyd olunur ki, erməni işğalçıları Azərbaycan ərazilərində etdikləri terror əməlləri ilə bağlı dünya mətbuatı səhifələrinə çıxanla biləcək ən kiçik informasiyanın yayınmaması üçün «Qaranquş» adlı xüsusi qruplar yaradıblar. Təşkilatın üzvləri birbaşa xarici ölkələrdə məskunlaşmış erməni diaspor təşkilatları ilə, icma üzvlərilə, kilsə şurası ilə əlaqəyə girir. Qarabağ istiqamətində məlum olan erməni cinayətlərinin ört-basdır edilməsində xüsusi canfəşanlıq göstərirlər.

Məsələn, erməni ideoloqları Los-Ancelsdə (ABŞ) Qarabağ həqiqətlərinin qarşısını almaq üçün 2002-ci ildə 370 min, 2003-cü ildə 400 min, 2004-cü ildə 440 min, 2005-ci ildə 460 min ABġ dolları vəsait sərf ediblər.


Ümumiyyətlə, Yerevan Azərbaycan istiqamətində antiazərbaycan siyasətini yürütmək üçün 2010-cu ilədək 19 milyon ABŞ dolları vəsait ayırıb. Bunun da 75 faizi İsveçrə, Kanada, Fransa, ABŞ-ın payına düşür (?).


Hələ 2000-ci ilin 25 iyununda Beyrutdakı Ümumerməni Kilsə ġurasınm çıxardığı «Erməni üçün bərabər pay bölgüsü» qətnaməsinin girişində yazılırdı: «Böyük Ermənistan torpağı uğrunda vuruşan və əsasən Dağlıq Qarabağda — Artsaxda (Xankəndi) düşmənə qarşı azadlığı və vətən sevgisi üçün meydanlara atılan «ASALA» ordusunun böyük əsgərlərinə hörmət və ehtiramla ayrılmış pay bölgüsünü qurtardıq. «ASALA» bizim nəzərimizdə «Vartan cəngavərləri»dir.


«Vartan cəngavərləri» «ASALA»nm döyünən ürəyi və vuran əlidir. Düşünən beyni, eşidən qulağı, görən gözüdür» (Livan. «Aztaq» erməni qəzeti. Daşnaksütyun Partiyasının orqanı. 27 iyun 2000-ci il nömrəsinə əlavə, səh. 2). 2001-ci il fevralın 4-də isə ġuranın katibliyində beynəlxalq əlaqələrə baxan,
1964-cü ildən 1985-ci ilədək Sumqayıt şəhərində pasport qeydiyyatında olan mühəndis Qurgen Matesxoviç Seraqanyan Roma İlahiyyat Akademiyasının üzvü Xose Luisa ġaneyə göndərdiyi məktubda xahiş edir ki, «erməni mənəviyyatı və əqidəsi uğrunda vuruşan» «Vartan cəngavərləri»nin katolik kilsəsinin məxfi ordusu kimi qüdrət və güc sahibi olan «OPUS DEI» («Allahın ordusu») ordusu ilə əlaqələrində yardımçı olsun. Onun fikrincə, «yer üzündə elə bir millət tapılmaz ki, erməni milləti qədər atdığı addımlarda Allahın əmri və hökmü olmasın».


2001-ci il martın 9-da Livanın Sayda liman şəhərindəki Dini Mərkəzdəb Roma katolik kilsəsinin «Tanrının ordusu» ilə «ASALA» erməni terrorçu hərbi korpusunun bir qolu olan «Vartan cəngavərləri» arasında «Yardım aktı» imzalandı və qəbul olunmuş müştərək bəyannaməyə əsasən qeyd olundu: «Biz ulduz kimi parlamaq, yerə və göyə sahib olmaq istəyiriksə, heç kəsə inanmamalı, heç kəsi özümüzə dost hesab etməməliyik. Qoy, hamı bizim dostumuz olsun. Məhəbbətimizi və istəyimizi bildirmədən əqidə və torpaq uğrunda vuruşmalıyıq».


«Allahın ordusu»nun məxfi «İcmal» bülletenində isə qeyd edilir: «Bizim ən böyük ambisiyalarımız özünü həyatın siyasi, dini, iqtisadi, mədəni sahələrində
daha qabarıq göstərir. Biz bütün məsələlərə sivil qaydada yanaşırıq». (Yanvar, 2000-ci il. № 2, səh. 11).


Əslində «Vartan cəngavərləri»nin fəaliyyət prinsipinə Roma katolik kilsəsində yaxşı bələd idilər. «Vartan cəngavərləri» artıq «ASALA»nın ən
möhtəşəm silahlı birləşməsi kimi özünü tanıda bilmişdi. Məsələn, Xocalıda həlak olanların bir qisminin ayaqlarında, sinə və sifətlərində belə işarələr var idi: «B», «A», «S», «M». Bütün bu hərflərin küt erməni bıçaqları ilə bədənə «yeridildiyi hiss olunurdu». «Vartan cəngavərləri»nin «ASALA»nın bir qolu olması haqqında həm MKİ-də (ABŞ), həm «Mİ-6»-da (İngiltərə), həm «MOSSAD»da (İsrail), həm «MİT»-də (Türkiyə), həm «BND-5»-də (Almaniya), həm RTX-də (RF), həm «ETTELAAT»da (İran) kifayət qədər informasiya var. Buna baxmayaraq, Beyrutda və Parisdə məxfi Baş Qərargahını yaradan (1986-cı il iyulun 4-də) «Vartan cəngavərləri»nin — terrorçu bir qurumun imzası Ağ Evdə (ABŞ) göründü.


«Vartan cəngavərləri»nin Dağlıq Qarabağla əlaqədar ilk məktubu 1998-ci il yanvar ayının 7-sində Prezident Bill Klintona təqdim edildi. Məktubu iş adamları və diaspor nümayəndələri (O.Babayan, S.S.Soleymanyan, T.ġ.Badamçıyan, Q.Qriqoryan, L.ġaqen, F.Petrosyan) imzalamışdılar. 2001-ci il martın 12-də isə həmin məktub bir qədər təzələndi. Bu dəfə «Vartan cəngavərləri» eyni adlı və eyni məzmunlu məktubu ABŞ Prezidenti Corc Buşa ünvanladılar. «Vartan cəngavərləri»nin imzaladıqları məktub da əvvəlki kimi, bədnam «907-ci düzəliş»lə bağlı idi. Üstündə əl gəzdirilmiş məktubda «cəngavərlər» yazırdılar: «Cənab prezident! Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnun alternativi yoxdur. Əsas hüquq — seçmək azadlığı olmadan möhkəm sülh ola bilməz. DQ xalqı bu hüququ ağlasığmaz qurbanlar bahasına qazanıb. Birləşmiş ġtatlar bu əsas hüquqdan dincliklə istifadə etməyə çalışan Qarabağ xalqının tərəfində durmalıdır.


Məhz həmin prinsiplə Birləşmiş ġtatlar köhnə xətt tutan, qonşulara qarşı iqtisadi blokadanı genişləndirən və müntəzəm dəstəkləyən, birliyə kömək etməyən, Ermənistan və Dağlıq Qarabağ xalqının başına olmazın müsibətlər gətirən, irqçiliknşüarlarından istifadə edən Azərbaycan hökumətinə haqq qazandırmamalıdır. ABŞ Konqresi Azərbaycan hökuməti tərəfindən təcavüz siyasətinin əleyhinə olduğunu bir sıra hallarda bildirmişdir. Hökumət konqresin tutduğu prinsipial mövqeyi dəstəkləmir. Azərbaycana və regionun basqa ölkələrinə dentək lazımdır ki, Dağlıq Qarabağın təhlükəsizliyi üçün yeganə təminat onun özgələcəyini seçmək hüququdur».


Məktubun məzmunu yəqin ki, sizə tanışdır.

Terror təşkilatının Dağlıq Qarabağ istiqamətində nəzərdə tutduğu 28 səhifəlik strateji tədbirlər planına 1998-ci ildə 16 səhifə əlavə edildi. Terrorçular bu
dəfə işğal olunmuş Qarabağda öz məqsədlərini dörd istiqamətdə yekunlaşdırdılar:


l. Nüvə terrorizmi (Həsənli, Ağdaban, Kuropatkin, Xanabad)
2. Bioloji terrorizm (Kiş, Aşağı Veysəlli, İstisu)
3. Kimyəvi terrorizm (Havıslı, Vejnəli)
4. Kompüter terrorizmi (Şuşa, Xankəndi).


Nüvə terrorizmi ilə bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ekspertləri Yaxın Şərq və Cənub Şərqi Asiya Komitəsinin belə bir məsələsini çatdırıblar ki, Əfqanıstan, eləcə də MDB ərazisi narkobiznesin, silah alverinin, nüvə materialları qaçaqmalçılığının «körpüləri»dir. Bu həyəcanlı çağırışa ABŞ prezidenti 13.129 nömrəli sərəncamla cavab verdi.


(Presidential Documents Executive Order 13.129. Property and Prohibitinq Transactions With the Taliban — Federal Register. Vol. 64, № 13.129) Nüvə terrorizminə 1986-cı ildən 1992-ci ilədək Yerevan Fizika institutunun əməkdaşı olmuş fizika elmləri namizədi Stepan Baqdasaroviç Əmiryanın qrupu başçılıq edirdi. Bioloji terrorizmlə isə kimya üzrə ixtisaslaşan və uzun müddət Yerevandakı 4, 8, 12 nömrəli əczaxanalarda işləyən doktor Tamara Saatovna Lеpardian məşğul oldu. Kimyəvi və kompüter terrorizmləri isə bilavasitə Dağlıq Qarabağdakı ordu birləşmələrinin BQ-na keçirildi.


Qarabağ ərazisində yaradılmış və doqquz müxtəlif qrupa bölünmüş «Yardımçı» silahlı dəstələrin üzvləri isə 1999-cu il avqustun 3-dən etibarən öz
silahlarını qondarma «respublika»nın «Müdafiə Nazirliyin»-də qeydiyyatdan keçirdilər. Bu doqquz qrupun üzvləri də əsasən işğal olunmuş ərazilərdən
Azərbaycan istiqamətində fiziki, mənəvi və iqtisadi terror planlarının icrası üçün təlimatlandırıldılar: Şuşadan təqribən 2 km aralı qərb istiqamətindəki Xəlifəli yaşayış ərazisində, Cəbrayılın mərkəzindən 1,5 km aralıda yerləşən Xorovlu kəndində, Qubadlıda isə mərkəzdən şərq istiqamətdə.


Araşdırmalarımızdan bu da aydın oldu ki, 1999-2001-ci illərdə Atom Enerjisinə və Nüvə Tullantılarına Beynəlxalq Nəzarət Agentliyinin yüksək çinli
məmurları dünyaya səs saldılar ki, MDB ölkələri ərazilərində «nüvə mafiyası» yaradılıb. Tarixdə və siyasi həyatımızda ilk «nüvə ordusu» termini vətəndaşlıq hüququ qazandı. MDB məkanında bu adı da qazanan, bu adla çağırılan Atom (bu onun doğma adıdır) Abramoviç Melkonyan oldu.


1999-cu ildə ermənilər Kəlbəcərin Çaykənd yaşayış ərazisində rus mütəxəssislərinin köməyi ilə nüvə tullantıları anbarını inşa etdilər. Qəribə idi ki, bu
anbara nəzarət 1999-cu il mayın 19-dan Ermənistan ərazisinə daxil olan bir qrup Əfqanıstan və Pakistan vətəndaşına həvalə edildi. Əslində bu adamların Ermənistana, oradan da işğal olunmuş Qarabağ ərazisinə «pənah gətirmələri»ndə heç bir dolanışıq və iqtisadi məqsəd yox idi. 1999-cu il martın 27-də əfqan qrupunda Ermənistana gələn və ölkənin fizika institutlarının birində təhsil almaq üçün «Vətən» cəmiyyətinə müraciət edən Məhəmməd Murad Yerevan Təhlükəsizlik Xidmətinin yüksək çinli məmuru tərəfindən «Armeniya» (Ermənistan) mehmanxanasının 5-ci mərtəbəsinin 59-cu otağına söhbət üçün dəvət edilir. Əfqan Məhəmməd Murad 1999-cu il sentyabrın 17-də «Wagt» («Zaman») qəzetinə (Lahorda nəşr edilir) verdiyi müsahibədə (səh. 3) Yerevan Təhlükəsizlik Xidmətinin polkovniki Serj Samvelyanın adını çəkir və iddia edir ki, təhlükəsizlik polkovniki nüvə materiallarının qeyri-qanuni satılmasında, qaçaqmalçılığında adına «Yusuf oba» deyilən qrupla əlbirdir. 1989-cu ildən Əfqanıstanın Pişavər yaşayış ərazisində əfqan ərəblərinin kəşfiyyat dəstəsində xidmət edən Məhəmməd bunu da etiraf edir ki, o, öz yoldaşları ilə Ermənistana və Dağlıq Qarabağa, məhzbnüvə materiallarından ötrü gəlmişdi. O, üç ay polkovnikin nəzarəti ilə «Yusuf oba»nın qrupunda İrana, traqa tərkibində 239 izotopu olan nüvə birləşməsini — plutoniumu aparıb.


«Əfqan ərəbi» bunu da qeyd edir ki, Yerevana bu nüvə materialı xüsusi təyyarə marşrutlarında, kompüter dəstlərinin və hərbi sursatların arasında gətirilir.


O, müsahibəsinə belə yekun vurur: «Yerevanda «nüvə oğruları» deyilən bir dəstə mövcuddur. Onların geniş əlaqələri və imkanları var. Bu nüvə oğrularının 1999-cu il avqust ayının 28-dək baş qərargahları, məşvərət ocaqları elə Yerevanın özündə idi. Bütün qapalı söhbətlər və mənə edilən təkliflər MN-də, 14-cü otaqda baş verirdi. 1999-cu il sentyabrın 4-dən bu məşvərət ocağının bir hissəsi Artsax (Xankəndi) mərkəzinə keçirildi. Vyanada baş tutan konfransda atom enerjisinə və nüvə tullantılarına nəzarət beynəlxalq mərkəz belə bir bəyanat verdi: «Sənədlər
təsdiq edir ki, Üsəma bin Laden nüvə silahı üçün nəzərdə tutulan texnologiyaya və materiallara malikdir».


Yerevan Təhlükəsizlik Xidmətinin polkovniki Serj Gevorkoviç Samvelyan da «Vartan cəngavərləri»nin bilavasitə «nüvə terrorizmi» qrupuna başçılıq edən
Stepan Baqdasaroviç Əmiryanla eyni cərgədə, eyni siyahıda dayanırdı. Çünki təhlükəsizlik polkovnikinin əli artıq Rusiya Federasiyasının nüvə anbarlarınadək gedib çıxırdı.


Ermənistanda «nüvə məsələləri»lə (nüvə mafiyası ilə) məşğul olan şirkətlər önündə «Razdanmaş», «Jak-Mak Metalz», «Arşavir», «Akopyan» (geyim istehsal edən fabriklə qarışdırmayın), «Vartanoyl» şirkətləri gedir. «Jak-Mak Metalz» (1947-ci ildən), «Akopyan» (1998-ci ildən) Qarabağda məxfi elmi-tədqiqat laboratoriyaları da açıblar. Hətta «Vartanoyl» qrupunun Naxçıvan zonasında 2002- 2005-ci illər üçün nəzərdə tutduqları «Uran axtarışı proqramı» var.


«Jak-Mak Metalz» şirkəti işğal olunmuş Qarabağ ərazisində ötürücü və yaxud əlaqələndirici rolu icra edir. Məsələn, şirkət 2000-ci il noyabrın 16-dan 20-
dək bu ərazidə Ukraynadan gətirilmiş və yaxud gizli yolla əldə edilmiş raket texnologiyası üçün lazımlı olan 650 heroskopun, 146 ədəd hərəkət-uçuş mexanizmi sistemində istifadəsi nəzərdə tutulan polad örtüyün və əyləclərin İrana və İraqa yola salınmasında Zəngilan, Cəbrayıl sərhəd keçid məntəqələrinin köməyi ilə birgə işləmişdir. Digər tərəfdən, Dağlıq Qarabağ ərazilərinə daşınmış «S-300» və «Tayfun» raketlərinin modernləşdirilməsi yolunda da maraqlı üçtərəfli tədqiqatlar aparılır. Bu raket texnologiyası istiqamətində 2000-ci il iyulun 23-də Moskva+ Pekin+Yerevan danışıqları da var. Bu istiqamətdə professor Kim Jen Sen +Viktor Mixaylov + Ter-Avakyan (Ermənistan) qrupu da öz işlərini davam etdirir. Kim Jen Sen Pekində nüvə tədqiqatları, eləcə də lazer istiqamətində araşdırmalar aparan mütəxəssisdir, Çin Müdafiə Nazirliyinin ETM-də çalışır. Viktor Mixaylov Saratov şəhərindəki nüvə mərkəzinin aparıcı elmi mütəxəssisidir. 2000-ci il iyulun 9-dan 12-dək İranın «şüa» sənaye konserninin əməkdaşları da Qarabağda, eləcə də Yerevanda bu işlə məşğul olan şirkətlərlə iş birliyi qurmaq üçün bu regionlarda göründülər. Çünki Yerevanı da, Moskva və Tehranı da lazerlər vasitəsilə güclü enerjinin alınması məsələsi çox düşündürür. Onlar ABŞ mütəxəssislərinin «ABL», «Alrha», «Thel» raket texnologiyasında lazerdən istifadə proqramlarını araşdırdılar və birlikdə «High-Power Lasers in Energy Engineering» («Lazerdən güclü enerjinin alınması») proqramı irəli sürüldü, müĢtərək müqavilə imzalandı.


2001-ci ildə Xankəndidə Moskvadakı «VPK MAPO» — ETM-nin də filialı açıldı və filial işlərini güclü proqramla həyata keçirmək üçün «Razdanmaş» sənayemmərkəzilə əlaqələr qurdu. Xatırladaq ki, «VPK MAPO» mərkəzi reaktiv sərnişin təyyarələrinin layihələşdirilməsi və reallaşdırılması istiqamətində işlər görür. Məhz bu mərkəz ötən il Bağdadda reaktiv təyyarə mühərriklərinin istehsalı üçün 145 milyon ABŞ dollan dəyərində lisenziya satıb. Mühərrik raket texnologiyasında geniş istifadə edilir. Hazırda DQ ərazisində ermənilərin yeni dərman fabrikinin tikintisi məsələsi də meydana atılıb. Bu istiqamətdə hələ Ermənistan hökuməti 1996-cı ildə təkliflə çıxış etdi, lakin işlər yarımçıq qaldı. İşğal olunmuş ərazilərdə smeta dəyəri 14 milyon 650 min ABŞ dolları olması nəzərdə tutulan dərman fabrikinin inşasında Yerevan+Tokio+Tehran əməkdaşlığı 2001-ci il dekabrın 24- dən qüvvəyə mindi.

Rövşən Vəliyev

Milli Təhlükəsizlik məsələləri üzrə ekspert

Bu xəbəri paylaşın: