AVMVB Binəqədi rayon şöbəsində yeni üzvlüyə qəbul olunanların iştirakı ilə tədbir kecirldi.
Tədbir şəhidlərimizin əzi xatirələrini bir dəqiqəlik sükutla yad edilməklə öz işinə başladı.
AVMVB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov bildirdi ki, Vətən müharibəsində xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi. Böyük Zəfərin qazanılmasında bu birlik böyük rol oynadı və bu münasibətlə hamınızı təbrik edirəm. Bu Zəfəri bizlərə nəsib edən gənclərimizin əllərindən öpürəm.
Ali Baş komandan cənab İlham Əliyevə, Ordumuza və qazilərimizə bizə bu qələbəni yaşadıqlarına görə, öz adımdan və AVMVİB Sədri Füzuli Rzaquliyevin adından, nəinki veteranların, bütöv bir xalqın minnətdarlığını çatdırmaq istəyirəm. Şöbə sədri M. Ələsgərov şəhidlərin ruhu qarşısında baş əydiyini və şəhid analarının əllərindən opdüyünü bildirdi. Çünki Prezidentimiz İlham Əliyev bütün yerli və xarici çıxışlarında bir məsələni daim vurğulayır: Azərbaycan müstəqil ölkədir və müstəqilliyini qoruya biləcək gücə və iradəyə malikdir. Əslində, bu, tarixi əcdadlarımızdan bizə miras qalan torpaqlara sahib çıxmaqdır. Təhlükəsizlik Şurasının iclasına sədrlik edən cənab İlham Əliyev, məhz bu məqamı bir daha önə çəkmişdi: «Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin». Prezident dedi və etdi. Xalqımızın 30 illik istəklərini həyata keçirdi. QARABAĞ AZƏRBAYCANDIR!
AVMVB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, onun özünün çalışdığı «Azərsu» ASC rəhbərliyinə də fürsətdən istifadə edərək, şəhid ailələrinə və qazilərə gostərdiyi qayğı və diqqətə görə minnətdarlığını çatdırdı.
Tədbirin sonunda yeni üzvlərə üzvlük vəsiqələri verildi. Bu prosedur AVMVİB Nizamnaməsinə uyğun olaraq həyata keçirildiyini qeyd edən AVMVB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, yaradılmış komissiyanın yarıtmaz fəaliyyətindən də gileyləndi. Demək olar ki, bu günədək bu sosial təbəqə ilə heç bir görüş keçirilməyib və heç bir əməli iş görülməyib. Bu da haqlı narazılıqlara səbəb olduğuna görə, AVMVİB gənc döyüşçülərin onlara daha yaxın olan bu problemləri önləmək üçün gənc döyüşçülərlə tez-tez görüşlər keçiririk. Bu sırf veteranlarımızın hər mənada dövlətimizin yanında olmasının bariz nümunəsidir.
Mərdan Ələsgərov yeni üzvləri təbrik edərək, xatırlatdı ki, müharibə veteranının ən ümdə işi dövlətimizin və dövlətçiliyimizin yanında olmasıdır.
D. Elnur Səlim








