Müharibə veteranları həkimlərimizi unutmurlar

Ak. Mirqasımov adına Mərkəzi Tibbi Klinikanın bir qrup tibb işçisi AVMVİB—nin Nəsimi rayon şöbəsinin Fəxri fərmanları ilə təltif olunublar.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.


Mərasimdə ehtiyyatda olan «Azərbaycan Bayrağı» ordenli polkovnik Elmar Hüseynov 44 günlük müharibə ərzində həkimlərin gördüyü gərgin və şərəfli əməyini yüksək qiymətləndirib. Müharibə gedən ərazilərdə və arxada həkimlərimiz yüzlərlə döyüşçümüzün həyatlarını xilas ediblər.


Tibb işçiləri Müzəffər Azərbaycan Ordusunun hər bir əsgərinin qayğısına qaldıqlarlndan qürur hissləri keçurdiklərini qeyd etdilər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov bildirdi ki, bundan sonra da bu istiqamətdə tədbirlər keçiriləcək. Həkimlərə müharibə veteranları adından minnətdarlığını bildiib və təltif olunanları təbrik edib.

Türkay Xaqan

Bu xəbəri paylaşın: