Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlama

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama yayıb.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov «Facebook» hesabında dərs cədvəlinin məktəb səviyyəsində tərtib edildiyini yazıb.


O qeyd edib ki, bu zaman V-IX siniflərdə əyani dərslərin həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulmaqla dərslərin sayı normativi aşmadan müəyyən edilir.


Qeyd edək ki, fevral ayının 1-dən məktəblərdə əyani tədris qismən bərpa olunub.

Bu xəbəri paylaşın: