Ara-sıra köhnə əsirlər barədə söz-söhbət yayılsa da, düşmən tərəfindən faktiki heç bir dəqiq informasiya əldə edilməyib.
Xatırladaq ki, Dövlət Komissiyası 1993-cü ildə Azərbaycan prezidentinin sərəncamı ilə itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşların işləri üzrə fəaliyyəti mərkəzləşdirmək, eləcə də bu sahədə olan bütün məlumat və materialları bir strukturda birləşdirmək məqsədi ilə yaradılıb. Bu sahədə yetərincə işlər görüb. Lakin bu sahədə də Ermənistanın Beynəlxalq hüquq normalarına məhəl qoymaması və Cenevrə Konvensiyasını kobud surətdə pozması bu günədək layiqli qiymətini almayıb.
Dövlət Komissiyasının məlumatlarına görə, itkin düşmüş şəxslər, Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycan tərəf hərbi münaqişə zamanı itkin düşmüş Ermənistan vətəndaşlarının da axtarışı ilə məşğul olub. Biz BQXK tərəfindən təqdim edilmiş siyahı əsasında 416 erməninin də axtarışı ilə məşğul olunub.
Rəqəmlərə görə, itkin düşümş 416 nəfərdən 24-ü Ermənistan, 2-si Gürcüstan, 207 nəfər Dağlıq Qarabağ, 172 nəfər Qarabağa btişik 7 rayonun ərazisində itkin düşüb. Xatırladaq ki, sözügedən yerlər Azərbaycanın nəzarəti altında deyil. Ermənistanla sərhəd rayonlarda (Qazax, Ağstafa rayonlarında və Naxçıvan MR-də 5 nəfər, hərbi əməliyyatlardan uzaqda olan zonalarda (Oğuz, Gəncə, Bakı) 5 nəfər itkin düşüb. Onların 211 nəfəri Azərbaycan, 198 nəfəri Ermənistan, 3 nəfəri Gürcüstan, 2 nəfəri Rusiya, 1 nəfəri İran İslam Respublikası vətəndaşıdır.
Azərbaycanın itkin düşmüş vətəndaşları barədə onu deyə bilərəm ki, hazırda onların sayı 4016 nəfər təşkil edir. Münaqişənin ilk illərində bu rəqəm fərqli idi. İtkin düşmüş hesab edilənlərin sayı dəfələrlə çox idi. İş aparıldıqca biz taleyi barədə xəbər aldığımız, əsirlikdən azad etdiyimiz və sağ olduğu müəyyənləşmiş adamların adlarını siyahıdan çıxardıq. Münaqişənin başlanmasından indiyə kimi ötən müddət ərzində əsir-girov götürülmüş 1428 nəfər azad edilib və adları təbii ki, qeydiyyatdan çıxarılıb.
Bu məlumatlar Dövlət Komissiyasının verdiyi rəsmi məlumatlardır. Maraqlıdır ki, keçən on illiklər ərzində BQXK düşmən əsirliyindən öz təşəbbüsüylə çox az adam xilas edib. Bu gün də əsirlərin taleyi barədə ermənilər heç bir məlumat vermirlər. Amma terrorçu kimi əsir götürülən şəxslər BQXK -ni ilk gündən narahat etməyə başlayıb. Amma mülki girovlar və hərbi əsirlərimiz haqqında heç bir məlumat hazırlamayıb. Əslində isə bu komitənin ermənilərlə daim isti münasibətləri olduğundan xəbərdarıq.
Yəni köhnə əsirlərdən hələ də sağ olanları var. Bu istiqamətdə də iş aparmalıyıq…
Videodan göründüyü kimi bu adamların yaşaya bilməsi mümkün variantdır.
Elnur Səlim
