Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirilib.
Paytaxtın Nərimanov rayonu, Möhsun Sənani küçəsi 13/15 ünvanından 2018-ci ildən mənzil alan sakinlər hələ də mənzillərinə köçə bilmirlər. Sakinlər deyir ki, buna səbəb mənzillərin qanunsuz satılmasıdır. Lakin sakinlər mənzillərin ödənişi ödəyib, müqavilə bağlanılıb.
Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət edib, amma heç bir müsbət nəticə əldə edə bilməyiblər. Bu səbəbdən 20-ə yaxın sakin Prezident Administrasiyası önündə toplaşaraq, etiraz ediblər. Onlar Prezident İlham Əliyevlə görüşmək istəyiblər.
Sakinlərin sözlərinə görə sözügedən şirkət Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədova məxsusdur. Şirkətə rəhbərliyi isə onun oğlu həyata keçirir.
Mövzunu araşdırmağa davam edirik.