Ağdaş rayon veteranları İcra Hakimiyyətində keçirilən tədbirdə iştirak ediblər

Ağdaş rayon veteranları Ağdaş Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.

Ağdaş Rayon İcra Hakimiyyətində müharibə veteranları ilə keçirilən görüşdə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İsmayıl Yusifzadə müharibə veteranlarının mütəmadi olaraq cəbhə xəttinə gedərək əsgərlərimizə mənəvi dəstək verdiyini, onların döyüş əzminin yüksəldilməsi üçün təbliğati tədbirlər keçirdiklərini qeyd etmişdir.

O daha sonra çıxış edərək, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu qeyd etmiş, bu qələbənin bütün dünyada təqdir olunduğunu diqqətə çatdırmışdır.

Müharibə veteranları, o cümlədən İlham Beydullayev Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və qazilərlər həyata keçirdikləri tədbirlərin davamlı olacağını bildirmişdilər.

Sonda müharibə veteranlarının bir qrupuna Fəxri fərmanlar təqdim edilmişdir.

Türkay Xaqan

Bu xəbəri paylaşın: