Ermənistan Baş naziri Nikol Paşinyan bu gün səhər saatlarında Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bu məlumatı “Mediaport” Teleqram kanalı yayıb. Kanal Paşinyanın bununla hökumət daxilində olan xaosun qarşısının alınması üçün son səylərini göstərməyə çalışdığını bildirib.
Qeyd edək ki, Paşinyan bu gün 18:30-a mitinq təyin edib. Paşinyan çarəsiz və miskin duruma düşən erməni müxalifətinə gövdə nümayiş etdirməyi planlayıb. Hazırda Paşinyanın mövqeləri heç də Rusiyanın dediyi və yaydığı kimi çıxılmaz deyil. Günbəgün N. Paşinyan öz mövqeyini möhkəmləndirir və tərəfdarlar qazanır. Müxalifətin ümidlə baxdığı ordusuz Baş Qərargah rəisi Onik Qasparyanın da sonuna az qalıb. Çox güman ki, impiçmentlə üzləşməmək üçün bu dəfə onu işdən azad edəcək.