Paşinyan 1 Mart hadisələrinin ildönümünə həsr olunmuş yürüş-mitinqdə çıxış edib

Новости-Арменияnın verdiyi məlumata görə, Ermənistanın Respublika meydanında Baş nazir Nikol Paşinyan tərəfindən 1 Mart 2008-ci il hadisələrinin ildönümünə həsr olunmuş mitinq və yürüş başlayıb.

19 fevral 2008-ci ildə keçirilmiş prezident seçkilərinə qatılan və uduzan ilk prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi erməni müxalifəti, səsvermənin nəticələrindən narazı olduqlarını ifadə edərək, 20 fevraldan İrəvanın mərkəzində mitinqlər keçirmişdi. Etirazlar 1-2 mart 2008-ci il tarixlərində iğtişaşlara və etirazçılar ilə hüquq-mühafizə qüvvələri arasında baş verən toqquşmalara çevrildi, nəticədə on nəfər öldü və 200-dən çox insan yaralandı.

İrəvanda Paşinyan tərəfdarları ilə yanaşı müxaliflərinin də mitinqləri keçirilir. Müxalifət, Ermənistan Parlamentinin binasının yerləşdiyi Baqramyan prospektini bağlayıb və Paşinyanın istefasına qədər davam edəcək müddətsiz gecə-gündüz etirazları elan ediblər.

Amma görünən odur ki, Moskvanın dəstəyinə və yerli mafioz oliqarxların iştirakına baxmayaraq ortada xalq dəstəyi olmayan bir yığnaq var. Paşinyan düşərgəsi daha mütəşəkkil görünməkdədir və xalq dəstəyinə malik olduğu aşikardır.

Bu xəbəri paylaşın: