8 Martın banisi — Vəhşi Klara. Təklif: 21 İyul Qadınlar günü kimi qeyd edilsin!

Beynəlxalq Qadınlar Günü ideyasının müəllifi olan Klara Eysner sərt xasiyyətinə görə «Vəhşi Klara» ləqəbiylə də tanınıb. Onun arzusu təkcə Sosializmin qələbəsi deyildi. Azad sevgi, qadın azadlığı bu xanımın ideyalarından olub.

Leypsiqdə özəl pedaqoji məktəbdə oxuyan Klara Eysner məktəbi bitirdikdən sonra valideyinlərinin narazılığına baxmayaraq Sosial Demokrat Partiyasına qoşulur və aktiv siyasi fəaliyyətlə məşğul olmağa başlayır.

Həmin vaxt o, Odessadan olan mühacir, bərabərlik və qardaşlıq ideyalarını təbliğ edən Osip Setkinin təsiri altına düşmüşdü.(B4M41)

Hər ikisi inqilabi mübarizəçilərlə gizli toplantılar və mitinqlər təşkil edir. Əvvəlcə dost olsalarda sonradan Osip ona sevgisini etirafı edir. 1880-ci ildə Osipi Almaniyadan sürgün edirlər və 23 yaşlı Klarada onunla gedir. Onlar Avstriya və İsveçrədə partiya tapşırıqlarını icra edir və iki ildən sonra Parisə gedirlər. Onlar heç vaxt rəsmi nikahda olmayıblar, amma Klara Osipin soyadını götürür və ondan iki ovladı olub.

Maddi durumları zəif olduğu üçün Klara üç işdə işləyib.


Sonra Klara qadın işləri üzrə təşkilat yaradır və bəyan edir: «Bu vaxta qədər qadın ailədə tabeçilikdə idi. Halbuki, kişi və qadın bir-birini qarşılıqlı surətdə zənginləşdirən bərabər hüquqlara malik olmalıdırlar. Ər də, arvad da uşaqların tərbiyəsində eyni cavabdehlik daşıyırlar». Beləliklə, 1910-cu il martın 8-i Klara Setkin Beynəlxalq Qadınlar Gününü təsis etməyi təklif edir.

Klaranın 32 yaşı olanda Osip vərəm xəstəliyindən ölür . Bundan sonra Klara uşaqlarla birlikdə Almaniyaya qayıtmaq qərarına gəlir. Vətənində o, cinslərin hüquqlarının bərabərliyi uğrunda mübarizəsini davam etdirir və qadınlar üçün nəzərdə tutulan sosial demokrat qəzetinin redaktoru olur.

Klara 36 yaşında olarkən 18 yaşlı rəssam Georq Sundellə rastlaşır və evlənirlər. 20 ilə yaxın bərabər yaşasalarda Sonradan Georq qonşu cavan qıza vurularaq Klaranı tərk edir.

1907-ci ildə Klaranın 22 yaşlı oğlu anasının tərəfdaşı Roza Lüksemburq ilə evlənmək istədiyini bildirir. Roza Klaranın oğlundan 15 yaş böyük idi. Bu təklifdən Klara çox narazı olsa da, özü qadın azadlığının təşəbbuskarı olduğu üçün etiraz etmədən susmalı olur.

Almaniyada kommunist partiyası və onun ideyaları qadağan olunandan sonra Klara Setkin SSRİ-yə köçür və 1933-cü ildə dünyasını dəyişənə qədər orda yaşayır. Öldükdən sonra Klaranı yandırıb külünü Qızıl Meydanda Kreml divarında bir qutuda saxlayırlar.


Müəllif: Qafqaz Qabil
#GizliFAYL

P.S. Hər halda bütün xanımların bayramı mübarək olsun!Amma bir gün tapmalıyıq. O gün Şərqdə və bir çox Avropa ölkələrindən öncə qadına seçki hüququnun verilməsi günü ola bilər.

1918-ci il qurultayında M.Ə.Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. M.Ə.Rəsulzadə deyirdi: Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”.

Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.

Müsəlman dünyasında ilk dəfə olaraq  kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu. Bu Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.

Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Lakin, təəssüflər olsun ki, parlamentdə qadınlar təmsil olunmamışdı, çünki onlar rəhbər vəzifələrə öz  namizədlərini irəli sürməkdən imtina etmişdilər.

Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında  Əsasnamədə  təsbiti  oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı. Əsasnamənin 1-ci  fəslində deyilirdi: “Müəssislər Məclisi əhali tərəfindən cinsindən asılı olmayaraq və bərabər seçki hüququ əsasında, birbaşa və gizli səsvermə vasitəsilə, mütənasib nümayəndəlik əsasları təmin edilərək seçilən üzvlərdən ibarətdir”. 2-ci fəsildə qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər”.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara aktiv seçki hüququ vermək niyyətini bir daha təsdiqlədi.



Bu xəbəri paylaşın: