Zöhrabyan Rusiyaya «maşalıq» edən açıqlama verib

«Nikol Paşinyan hakimiyyətə Qarabağı vermək üçün gəlib. İndi isə o, Rusiyanı Ermənistanın geosiyasi maraqlar sferasından çıxartmağa çalışır».

Bunu Çiçəklənən Ermənistan Partiyasının deputatı Naira Zöhrabyan deyib. O, Paşinyanın Ermənistanın geosiyasi oriyentasiyasını Qərbə transformasiya etmək fikrində olduğunu bildirib:

“Bu, Türkiyənin regionda birbaşa mövcudluğu deməkdir. Bunun nümunəsini biz Gürcüstanda görürük. Paşinyan Rusiyanı regiondan çıxartmaq istəyir”.

N. Zohrabyan bu fotonu da statusunda paylaşmışdı…

Xatırlayırsınızsa, bir vaxtlar Naira Zöhrabyan facebook paylaşımında (dekabr 2019-cu il) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı hədəfə alaraq yazmışdı:

 «Azərbaycanın vitse-prezidenti, İlham Əliyevin xanımı Mehriban Əliyeva Qarabağda muğam eşitmək arzusunu açıqladı.

Ermənistan Milli Məclisinin deputatı Naira Zohrabyanın buna öz facebook səhifəsində cavab yazıb: «Əlbəttə, bizim Xarici İşlər Nazirliyi, adi bir «qadın» olmayan, ürəyinin səsini Qarabağda eşitmək istəyən, ölkənin vitse-prezidenti və çox güman ki, prezidentliyinə namizəd sayılan Mehriban xanıma müəyyən bir səviyyədə cavab verməlidir. Ancaq son vaxtlar bu deyilənlər siyasi və diplomatik sərhədlərini keçdiyindən, mən Azərbaycan vitse-prezidentinə öz çağırışımı qəbul etməyə çağırıram və əminliklə bəyan edirəm ki, o, «Artsaxda» muğamı mütləq eşitməyəcək, amma mən Bakıda Komitası dinləməyə söz verirəm».

Bakıda Komitası dinləmək əvəzinə, Rusiyaya köpəklik edən Naira Zohrabyan, nə oldu?

Mehriban xanım elə dediyi yerdə muğamı dinlədi, amma Naira axçi isə elə öz ampulasındadır…

Elnur Səlim

Bu xəbəri paylaşın: