Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Daşkəsən rayon şöbəsinin sədri Seymur Nəsrəddin oğlu Tağıyevin doğum günüdür. Sentyabr ayının 22-də onun 52 yaşı tamam olur.
22 sentyabr 1972-ci ildə Daşkəsən şəhərində dünyaya gələn Seymur müəllim həyatını Vətənə, xalqa xidmətə, maarifçiliyə və ictimai fəaliyyətə həsr etmiş ləyaqətli bir ziyalı, döyüşçü və nümunəvi ailə başçısıdır.
1989-cu ildə Səməd Vurğun adına 4 saylı tam orta məktəbi bitirən Seymur müəllim, 1989–1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edərək Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirmiş, müxtəli medallara layiq görülmüşdür.
Hazırda Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Daşkəsən rayon şöbəsinin sədri kimi fəaliyyət göstərən Seymur müəllim, veteranların hüquqlarının müdafiəsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli dəyərlərimizin təbliği istiqamətində fəal ictimai iş aparır.
Səmimiyyəti, əməyi və Vətənə bağlılığı ilə seçilən Seymur müəllim həm də nümunəvi ailə başçısıdır. O, ailəli, iki övlad atasıdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və bütün silahdaşlar Seymur Nəsrəddin oğlu Tağıyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və işlərində uğurlar arzulayır!
AVMVİB-in Mətbuat xidməti


