Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Laçın rayon şöbəsinin sədri Rasim Soltan oğlu Hüseynovun doğum günüdür. Sentyabr ayının 23-ü onun 64 yaşı tamam olur.
Rasim Hüseynov 1960-cı ildə Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərində doğulmuşdur. O, ali təhsilini Azərbaycan Texnologiya İnstitutunda (indiki Azərbaycan Texnologiya Universiteti) almışdır.
Rasim Hüseynov 2000-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Laçın rayon şöbəsinin sədri vəzifəsində çalışır. Onun yorulmaz fəaliyyəti və təşkilatın ümumi işlərində atdığı təqdirəlayiq addımlar hər kəsin, o cümlədən AVMVİB rəhbərliyinin müharibə veteranlarının Rasim müəllimə olan dərin rəğbətini və məhəbbətini artırmışdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, həmçinin səbəbkarın ailə üzvləri, dostları və iş yoldaşları Rasim Soltan oğlu Hüseynovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirlər!
AVMVİB Mətbuat xidməti