TÜRKÜN BAHAR — ISTƏR BAYRAMI…

Dr. Tariyel Azərtürk

Pedaqogika elmləri üzrə master, Biokimya doktoru, “Babylon-Azerbaijan” jurnalının baş redaktoru, «Azərbaycan Azlıqlarının Tədqiqi Amerika-Azərbaycan Assosiyasiyası»nın Prezidenti

II YAZI

…Oxumamış like etmə — oxu ki, özünü tanıyasan…

(Əvvəli: http://fedai.az/index.php?newsid=4754)

Zodiakla Bahar arasında əlaqəni tapmaq üçün çox uzun dövr üçüncü xəttin loqoqamlarının mənasını axtarmalı olduq:

“i-shir i-za-z[i-ma] i-zak-kar-sha”
İşır izazima izac karsa.

1997-də çap etdirdiyim Əcdad (472 s.) kitabında həqiqətdən bir az uzaqlaşmışdıq. O zaman açmalarda təzə idik, təcrübə az idi və ona görə də yəqin, «i-za-zima» loqoqramını «iz azima», şəklində iki yerə bölməklə əsas qayəni çaş-baş salmışdıq. Xəttin ilkin gələn seqmentini, yəni, “işır iz azıma”nı “öz azdığı izində ışıldayır, (parıldayır)” kimi anlamışdıq. Halbuki, nə bu cür tərcümənin özü, nə də burda Baharın gəlişinə siqnal var ideyası bizə rahatlıq vermirdi. Uzun axtarışlardan sonra Türk dili lüğət fondunda izazıma-nın (i-za-z[i-ma]) özünün varlığı ilə rastlaşdıq. Azərbaycan lüğətində bu söz yoxdur indi. Sonra məlum oldu ki, bu loqoqramı sadəcə ikiyə bölmək lazım deyil.

i-za-z[i-ma] – izazima — izazıma – hər cür şərəflə qarşılama, hörmət, ehtiram bəsləmə, şərəfləndirmək (nəyisə, kimisə); izaz etmek – hörmət göstərmək, nəyisə ehtiramla qarşılamaq; izazi ve ikram etmek – diqqət yetirmək, qayğı bəsləmək, (qonağı qarşılayıb, yedirmək, hər cürə neməti dadızdırmaq).
Bax bu tapıntıdan sonra “Evrika!” deməyə haqqımız var idi. Çünki, əvvəlki quruluşdan fərqli olaraq, üçlük indiki konstitusiysınada aşağıdakı məna kəsb edirdi:

Onun bu xasiyyətinə (səciyyəsinə) inan (ümid – inam bəslə), o güclüdür, əgər iki şallısa (iki qurşaqlısa, yəni, iki orbit arasındadırsa, iki orbitin cənginə düşübsə!),
Əkməsi işşıq Qaqqaru mahrusa (Səpilən işıq qaqqaru yaxıb-yandırırsa),
İzazımı (göstərəcəyim ehtiramı, hörməti, qarşılayaçağım qonağın yolunu işıqlandırır), ona maneə həyəcanlandırıcı kar edirsə!

Bürcü həyəcanlandıran maneə nə ola bilər? Mütləq ki, ekliptikada Bürcü kəsən Yer ekvatoru. Onun bürcü kəsməsi və u an Qaqqar (Hamal) ulduzunun səpdiyi işığn mahrusu (parıltısı — yandırıb yaxması) birbaşa Bahar-İstər anına işarədir. Burada söhbətin bilavasitə Bahar-İstər Bərabərliyindən — ekvinoksdan getdiyinə qəti şübhə yoxdur. Bu an, bu ləhzə eramızın 9-cu əsrində yaşamış ərəb müəllifinin əsərində daha dəqiqliklə nümayiş etdirilir:

ERAMIZIN DOQQUZUNCU ƏSRİNDƏ ERKEC (QOÇ) BÜRCÜNÜN “İKİ ŞALLA” (QURŞAQLA) TƏSVİRİ. BAHARIN GİRDİYİ AN. ONDA GÖY QÜBBƏSİNİN – GÖY EKVATORU İLƏ EKLİPTİKADA YER EKVATORU KƏSİŞMƏDƏ (şəklə bax)

Qoçun bədənini əhatələmiş qoşa çənbər (həlqə) bahar tarazlığının – İstərin imselidir, çünki o səma ekvatoru ilə ekleptikanın göy qübbəsində kəsişməsini əks etdirir. Eклиптика — Yerin Günəş ətrafında (yer orbitində) dövrə vurduğu müstəvidir. Enlil İsmə dediyimiz 28-ci şeirində bizə məhz ekvinoksdan – bərabərlikdən danışır: “İru umma ona, pil ki, iki şallısa (qurşaqlısa)”. Erkəc bürcünün – Zodiakın Baharın girmə anında iki şallı – iki qurşaqlı olması, onun Yer orbiti ilə bir müstəvidə (ekliptikada) Günəşin mərkəzində kəsişməsi anının təsviridir.

Bu gün astrologiya elmi ekliptikanı, ekvinoksu necə təsvir edir? Gəlin sxemə baxaq:

Ortada Günəşdir. O özünün orbitində (ortada birinci dairə) daima yanmada. İkinci nisbətən qalın xətt ekvator xəttidir. Üçüncü – sonuncu xətt yerin və digər səyyarələrin Günəş ətrafında dövrə vurduqları səma sahəsinin kənar sərhədləridir. Ekvatorla həmən sərhəd arsındakı məsafə 5 milyon kilometr civarındadır. Yəni yer öz orbiti ətrafında fırlandıqda beş milyon km kənarlana bilmə imkanına malikdir ki, bu da fəsillərin yaranmasına səbəb olur. Şəkildə, aşağıda yer günəşdən maksimum dərəcədə, yəni dediyimiz beş milyon km-lik məsafədən keçır. Bu zaman yerdə qış başlayır. Qırıq-qırıq qırmızı xətt yerin günəş ətrafında fırlandığı müstəvinin sərhədləridir.
Göründüyü kimi, yuxarıda bu xətt sanki üstdən basılıb, yastılanıb və yer 5 milyon km Günəşə yaxın məsafədən keçir. Bu, yayın (Iş mövsümünün) girdiyi məqamdır. Yalnız iki halda səyyarə (planet) ekvatoru kəsir və bu zaman Günəş mərkəzi ilə eyni üfqi xətdə “rastlaşır”. Şəklin sağında Payız ekvinoksu (Sentyabrın 22-i) təsvir edilib. Bu an da Yer ekvatoru Günəşin mərkəzini kəsir. Payız girir. Enlil dövründə bu prosesdə Tərəzi (Libra) bürcü — zodiakı iştirak edirdi. Ona görə o sağda nümayiş etdirilir.

EKLİPTİKA VƏ EKVİNOKS (BAHARIN GİRMƏ ANI — İSTƏR) BARƏDƏ MÜASİR ELM ANLAYIŞI BÖYÜK ENLİL İSMƏ ANLAYIŞİ İLƏ DEMƏK OLAR EYNİDİR (Şəklə bax)

Sağda baş verən kəsişmə Baharın — İstərin girmə anıdır, ləhzəsidir! Ekliptikada yer və günəş Erkəc (Qoç) bürcündə — Erkec Zodiakında rastlaşırlar. Bürc iki — Yer orbitinin və ekliptikanın sanki “cənginə” düşüb iki şallı olur. Antik Ulu astronomumuz Enlil İsmə də özünün 27-ci və 28-ci üçlüklərində məhz bu ləhzəni, bu anı təsvir edir (İ YAZIDAKI sxemə bax):

27. Erkesh (Qoç Bürcü) ki gələn yolda, ukte (maneə) bitməz, şimala itir (itələyir),
Ultu (oldu) müheyyic (həyəcanlı), küsi ondan (maneədən), qaqqarın* (ulduzun) taxır.
Ultu qaqqar[l]u, şəşir, yinə inəsidi özünün matı (tutqun, dumanlı) izinə,

28. İru umma ona, pil ki, iki şallısa (qurşaqlısa),

Əgər dairəvi ekvatoru bir müstəvidə, yəni bir düz xətt boyu göstərsək, o zaman yerin ekvatora nisbətən enib qalxma amplitudasını asanlıqla görmək olur. Bu şəkillə təsvirlər kimi, təsəvvürlər də yüngülləşir. Bax belə:

(I yazıda mürəkkəb sxemin (ekliptikanın) bir düzxətt boyu təsviri şəklinə bax).

Ortadakı düz xətt dairəvi ekvatordur. Qırmızı kiçik dairələr Yerin təsviridir. Öndəki (soldakı) sarı içində qırmızı dairə günəşin (ulularımız ona Şamaş — Şəməş deyirdilər (ərəbcə, farsca Şəms ondan alınmadır), Baharda və payızda yer ekvatoru günəş ekliptində kəsişir, yayda o ekvatora yaxın, qışda uzaq məsafədən keçir.
İstər günü aşağıdakı sxemdə daha asan anlaşılır:

Istər (i`kvinax) dövrü Yerin şimal və cənub qütbləri nə Şəməşə (Günəşə) doğru əyilir, nə də Günəşdən yayınır. Ona görə də gündüz və gecənin uzunluğu güntün (sutka boyu) Yer səthinin hər bir nöqtəsində bərabərdir.

Enlil bunu belə anladır:
Bürc maneədən (Yerdən) həyəcanlanıb, Qaqqardan səpdiyi işığı ilə yaxıb-yandırırsa,
Mənim [onun göndərdiyi qonağa] göstərəcəyim ehtiramı, hörməti işıqlandırır.

Yer və Bürc orbitlərinin Günəşin mərkəzində bir nöqtədə kəsişib deyərdim, hamısının həyacanlandığı və bizi də 7 min idlir həyəcanlandıran İlahi Qonağın adı isə BAHARDİR, İSTƏRDİR.

Qayıdaq Bahar — İstər bayramının yayılım arealına.

Müasir ədəbiyyat yazır ki, bizim eranın II əsrinə qədər İstər Avropa xalqları üçün qətiyyən dini bayram deyildi.
Öz aramızıdır, sonradan yaranan dinlər ayaq tutub yeriyən kimi minillik milli bayramları özlərinə xidmətə yönəltməyə az səy göstərməmişlər. Çoxlarının yadına gələr ki, Sovet dövründə Bahar bayramını da İslam dini ilə əlaqələndirməklə, ona yasağı asanlaşdırırdılar. Dinlərin fəaliyyətinə son qoyulmuşdu. Din yox idisə, biz onun bayramını necə qeyd edə bilərdik? Əslində Sovet-kommunist ideologiyasında kor-koranə zor olsaydı da, haradasa məntiq var idi. Amma İslamın Bahar bayramına öz donunu geyindirməsində məntiq ola bilməzdi. Bunu, yəni Bahar bayramının dinlə heç bir əlaqəsi olmadığı olqusunu yazılarının birində Şeyxülislam A.Paşazadə də təsdiq edir.

Uşaq vaxtımızda anam Pərizat Musa qızı İlaxırı biz balalarına “Həzrəti İmam Əlinin qırmızı geyinib taxta çıxdığı gün” kimi təqdim edirdi. A dinçi deyildi, ancaq uşaqlıqda dövrünün dinçi mollalarından eşitdiklərini öz biliyi kimi öz övladlarına məmuniyyətlə danışırdı və inandığı və and içdiyi böyük şəxsin böyük uğuruna ürəkdən sevinirdi. Halbuki Bahar Bayramına açılan qapı kimi İlaxır 7-ci əsrdə yaşamış Həzrəti İmam Əlidən min illər öncə öz qədim tarixini unutmuş xalqımızın yüz-yüz nəsillərini zaman zaman sevindirib.

Və bu Bahar sevinci yüz illər boyu Avropa xalqlarının da milli bayramı kimi düşüncələrə hakim kəsilib. Di gəl ki, eramızın ikinci əsrindən başlayaraq xristian missionerləri şimaldan səfərə gələn (görünür Roma imperiyası sərhədlərinə, Roma şəhərinə) anqlo-sakson tayfalarının bu cür “paqanist-buddist” bayramlarını görcək, tayfaları xristianlığa, bayramlarını isə dinə xidmətə cəlb edirdilər. Məsələ burasındadır ki, İsa Peyğəmbərin sonradan dirilməsi də məhz Mart ayının bu günlərinə təsadüf edir. Və bu, din missionerlərinin məqsədlərinə nail olmalarında çox böyük rol oynayıb.

Bir olqu da çox maraq kəsb edir.

Məlumdur ki, İsa Peyğəmbərin çarmıxa çəkilməsinə göstəriş vermiş paqanist Roma müstəntiqi Ponti Pilatın əmri ilə edam həyata keçiriləndən sonra, yerli iudeyist İzrail hakimləri onun meyitini Yerusəlimdəki dağlardan birindəki mağaraya qoydurur və oraya üçqat gözətçi təyin edirlər. Qəzəblə deyirlər: “Elə hey deyirdin mən Allahın oğluyam. Doğrudan da Allahın oğlusansa, qoy indi o sənə kömək etsin”. Həzrəti İsanın Peyğəmbər kimi möcüzəsi də ondan ibarətdir ki, üçqat silahlı əsgərlər tərəfindən göz bəbəyi kimi qorunan bir mağaradan tam yoxa çıxa bilib. Bu anı xristianlar təbii olaraq “Peyğəmbərin yenidən Doğulduğu gün” kimi bayram edirlər. Onlar inanırlar ki, o Allahın övaldı kimi onun öz yanına yüksəlmişdir, ila etmişdir.

Belə bir qeyri-rəsmi fikir də mövcuddur ki, Peyğəmbəri mağaradan çıxarıb onu Allahın Ərşinə ucaldan məhz İstər İlahə olmuşdur. Və buna görə də xristianlar həmən gün “Happy Easter!” (İstərin mübarək!) deyə, bir-birini təbrik edirlər. İstər qədim “şumerlərin” (oxu ulu türklərin) Məhəbbət ilahəsi idi və vaxtilə ana demək olar, bütün şərq xalqları səcdə qılırdılar. Bu barədəki fikirlərimi bax beləcə bildiyim qədər məni xristianlığa dəvət edən kilsə missionerlərinə, Sietl din xadimlərinə danışanda, təəccübdən və acizlikdən çiyinlərini dartır və məndən əl çəkirlər. Bir növü İmadəddin Nəsimi kimi çıxış edirəm. O onu islama itaətə səsləyən ərəbə sanki Türkün mixi yazılı tarixinə söykənərək inamla deyirdi: “Məndən uludur ayətim, ayətəə, şanəə sığmazam!”

Mən də bununla onlara bildirirəm ki, özümdən ulu olan ayətim, yəni türklük əlamətim sizin sonradan yaranmış dininizə sığmaz. İnanmırısınızsa, Günəşə, İstərə təpinən Türkün sizin Amerika və Avropa alimləri tərəfindən indiyə qədər azdırılmış mixi yazılı ulu tarixini oxuyun, o zaman onun dünyanın da, bəşərin də, ilkin sivilizasiyanın da, bütün dinlərin də yaranmasındakı rolu sizə məlum olar. Sizin rezerrekşn saydığınız İstər bizim Məhəbbət İlahəmiz olub.

Amma İstər bizdə unudulub. Anu biz özümüzünkü saymırıq. Çox desək də ki, şumerlər bizim ulularımızdır, heç mixi yazılara da sahib durmuruq. Amma bizsiz də İstərimiz yaşayır. Fəqət xristian dünyasında bizsiz yaşayır. Heç kimə bəlli deyil ki, a əslində bizim əcdadların Bahar, Bolluq və Məhəbbət İlahəsi olub. Bəs bu necə baş verib ki, sahibləri tərəfindən unudulmuş İlahə yad bir dünyada öz yaşamını əfsus ki, yalnız termin kimi davam etdirir? Suala cavab vermək üçün, gərəkdir yenidən tarixin qaranlıq dərinliklərinə baş vuraq.

Əslində xristian, bütövlükdə isə Avropa ədəbiyyatı İstər ənənələrinin xristianlıqdan qabaqkı dövrlərə gedib çıxdığını etiraf edir və onları yəhudilərin Pesaxı ilə eyniləşdirilər. Fəqət İstər sözünün haradan gəldiyini, hansı mənbəədən alındığını tam təyin edə bilmirlər. Halbuki mixi yazılardan tərcümələr doğru olmasa da, hər halda “şumerlərin” “İştar” və ya “İstar” adda ilahələri olduğunu dana da bilmirlər. Çivi yazılı mənbəələrdən avropalıların azdırılmış tərcümələri İstərin haradan yarandığını anlamağa imkan vermir. Bunun üçün Avropa yazılı ədəbiyyatı 8-ci əsr İngiltərə alimi St. Bedeyə istinad edir. Onun gümanına görə, İstər, teutonik, yəni anqlo-sakson və ya protogerman mənşəli olub, onlarda da yaz və bolluq ilahəsi sayılan və ingilis dilində də yaşarı olan Ostern və ya Eastre-dən gəlir.

Halbuki özləri də etiraf edirlər ki, İstər yəhudi bayramı Pesaxdan başlayır. Bəli, özünün bu günkü xristian adət-ənənələri ilə belə, İstərin şərqdən gəldiyi qəti şübhə doğurmur. Və teutoniklərin (qədim protogermanların) də kiminsə vasitəsilə anu “şumerlərdən” iqtibas etdiklərinə də şübhə yoxdur. Yəhudilərin Pesax bayramı indi Avropanın bəzi xiristian ölkələrində yenə də Peyğəmbərin yenidən dirildiyini geniş qeyd edən Pasxa Bayramı kimi məşhurdur. Çünki yuxarıda deyildiyi kimi, vaxtilə Avropada həm də İstər adlanan Bahar təbiət bayramı 1800 il öncə İsa Peyğəmbərin Yenidən Doğulduğu (Dirildiyi) günə xidmət üçün dəyişdirilib.

Yəni, 1800 il qabaq Avropa da hər il Martın 21-ni eynən ulularımızdakı kimi, bizim təki “İstər-Bahar” bayramı şəklində kütləvi qeyd edirmiş.

Eramızın 2-ci əsrinin əvvəllərindən Avropaya xüsusi missiya ilə yayılmış Həzrəti İsanın azsaylı yəhudi tərəfdarları (apostolları) həmən bayramı Peyğəmbərin dirilmə günü şərəfinə artıq Pasxal vaizəsi şəklində icra etməyə başladılar. O zamandan çətinliklə də olsa sonrakı yüz il ərzində İstər-Bahar astronomik bayramı dini bayrama çevrildi. Bu işdə Osmanlı imperiyası dövründə İslamı qoruyub yaşadan və yayan İstanbul, Roma imperiyası dövründə də (3-4-cü əsrlər) Konstantinopol adı altında xristian dünyasının sərhədlərini genişləndirirdi. Paqanist avropalıların astronomik İstər bayramını da dini bayram kimi təbliğ edirdi.

Bahar bayramının bizdə yaşarı olan indiki atributlarının çoxunun bütün Avropa xalqlarında indiyə qədər mövcudluğu bir kökdən qaynaqlanır. Amma onlar (attributlar) avropalıların hamısında Pasxa Bayramına, yəni dini bayrama xidmət edir. Atributlar ayrıca geniş mövzudur. Amerikaya təzə köç etdiyim illərdə oxuduğum bir kitabda bir çox Avropa xalqlarının İstər adət-ənənələri ilə tanış olanda, təəccübdən donub qalmışdım: “Bunlar ki, bizim “Novruz” adət-ənənələri ilə üst-üstə düşür” heyrətində buxovlanmışdım. Və bu məqalənin rüşeymi o zaman yaranmış, “Axı bu qədər oxşarlıqlar haradan?” deyə, onların kökünü aramaq fikri cücərmişdi beynimdə. Lakin onda gil mətnlərin tərcüməsi ilə hələ məşğul deyildim və İstərlə də tanışlığım yox idi.

Babilandakı ulularımızın İstəri ilə onlara qonşu olmuş yəhudilərin Pesaxı arasında nə kimi fiziki əlaqələr ola bilərdi?

Pesax (ingiliscə Passover-pəsovr) yəhudilərin Yegipet fironlarının qul əsirliyindən xilas olub İzrailə kütləvi köçü şərəfinə verilmiş böyük ziyafətə deyilir. Bu, u dövrdən indi yəhudi təqvimində 8 günlük bayram təki xüsusi təqdim olunur. Ondan oncə Babilanda yaşayıb, ilk yazının da əsasını qoymuş ulu türklər İstər bayramını-Bahar bayramını -Yeni doğan yeni il bayramını, Yeni, Təzə-tər Ruzi bayramını kütləvi məclislərlə, kütləvi şənliklərlə qeyd edirdilər.

Qədim yəhudilərin isə Babil “şumerlərindən” saysız iqtibasları barədəki saysız dəlillər məşhur Amerika deşifrəçi şumerşünas alimi professor, yəhudi mənşəli Samuel Noy Kramerin əsərlərində öz əksini geniş tapıb. Babilana qonşu olmuş və hətta yazılana görə, Babilan yanındakı Haldey ölkəsində yaşamış sami dilli xalqların sivil “şumerlərlə” əlaqəsi qaçılmz idi. Bu da danılmaz faktdır. “Şumer” dastan, epos, poeziya, memarlıq, texnika, gəmiqyırma, din və digər adət-ənənələrinin yəhudilərə, hetitlərə, lidiyalılara, yunanlara, ərəblərə, elamlara, arameylərə, assirlərə, sonradan oranı Kuruş və Dara dövrlərində zəbt etmiş farslara keçməsi təbii idi. Ona görə də İstər indi həm Avropa dünyasının, həm fars dünyasının (Novruz adı altında) bir kökdən göyərmiş şərikli bayramının tacı rolunda çıxış edir.

İncilin qeydlər bölməsində oxuyuruq: ”Yəhudilərin Yegipet əsirliyindən xilas olduqları dövrdən (Exodus) İncildə müqəddəs il Baharın Aviv adlanan ayından başlayır. Aviv -“yetişən sünbül ayı” deməkdir. O, Bahar tarazlığı və arpanın biçilmə ayı idi. Sonralar o, Nisan adlanmağa başladı. Ay bütövləşməsinə təsadüf edən bu ayın 14-cü günü onlar Pasxanы (Pesaxı-T.A.) bayram kimi qeyd edirdilər.”

Göründüyü kimi, yəhudilər Hanaaneya qayıtdıqdan sonra Pесах bayramlarını da hər il Aviv (Mart) ayının İstər günündə qeyd etməyə başlayırlar.

Vaxtilə “Xalq” və “Xalq Cəbhəsi” qəzetlərində Bakının Dağüstü parkında boş qalmış yerdə İstərin heykəlinin Şəhidlər Xiyabanının görümlü yerində qoyulması təklifini vermişdim. Ulularımızın min illərlə inam bəsləyib tapındıqları gözəl qadın İstərin bir əlində məşəl, u biri əlində kəsərli qılınc tutmuş qüdrətli qoşaqanadlı abidəsi göydələnli şəhəri bütün əzəməti ilə tamamlayardı deyə. Bu abidə, hər il Bahar Bayramını anun abidəsi ətrafında toplaşıb ordan bayram şənliyinin atəşfəşanlıqla göylərə atılan işıqlı zərrəciklərini bütün ölkəyə səpərdi.

Bizim İstərə sahib çıxmağımız özümüzünkü olan Bahar bayramına sahib çıxmağımız deməkdir. Onu (bayramı), anu (İlahəmizi) və özümüzü dünyaya tanıtmaq deməkdir. Kökümüzə — kövərimizə sahib çıxmaq deməkdir. Bütün var olan tarixi ərəfəsində ikinci dəfədir ki, Azərbaycanın kiçik bir hissəsində müstəqil dövlət yarada bilmək xoşbəxtliyi nəsib olub bu xalqa. İndi tariximiz boyu qonşuların əlimizdən aldıqları bütün maddi-mənəvi sərvətlərimizin geri alınıb, onlara sahib durmağımızın vaxtıdır. Biz təkcə mətbəximizin nemətlərini, musiqimizin incilərini, xalçaçılıq nümunələrini yadların öz dədə-baba malları kimi mənimsədikləri ağrılı-acılı faktlarının qarşısında lal-kar qalmırıq. Biz həm də, dünyada ilkin yazı sistemimizin əlimizdən alınması faktına göz yumuruq. Onlar bu gün uydurma şumerlərin, akkadların, urartuların adlarına çıxılır, onun sayəsində dilimizdən tarixdə olmamış xalqlara yalançı dillər düzəldilir. Onların qrammatikaları yazılır. Vaxtilə Həmmədandan Dərbəndə, Gümrüdən Bakıya kimi uzanmış torpaqlarımız param-parça edilir, yağmalanır. İstər-Bahar bayramımız Novruz adı ilə farslaşdırılır. Biz özümüz “iqtibasçı” (görüb-götürən) səviyyəsinə endirilirik.

BOLLUQ, BƏRƏKƏT VƏ MƏHƏBBƏT
İLAHƏMİZ İSTƏRƏ BAKIDA ABİDƏ

Germanların Oestrləri, Austronları, romalıların Venus və Auroraları, yunanların Afroditaları, proto Hind-avropalıların Hausosları, Baltiklərin Aushraları İstərin mənəvi törəmələridir. Latınlılardakı gen, ondan törəmiş gentilis (yəhudi olmayan tayfa, xalq, millət deməkdir), yunanların ona qohum olan genos, genesis terminlərinin də yaradıcısı olmuş “cins” sözünü Apennin yarımadasına gətirmiş, latınlılara əlifba yaratmağı öyrətmiş, İtaliyaya öz keçmiş ölkəılərinin adını (Ete Eli – İtali) vermiş, Roma şəhərinin əsasını qoymuş ulu əcdadlarımız Ete Elindən oraya gedən Etetürklərin — Etruskların törəmələri olan ulularımızmı Bahar bayramını farslardan iqtibas etmələri heç bir məntiqə sığmır. Əcdadlarımızın Od inamını Ahura ilə birgə Avestaya köçürən kuruşlar, çişpişlər, daralar, onların mixi hecalı yazısı əsasında Behsitundakı Dara əlifbasını yaradanlar İstərimizi – “Yenidən Doğulmanı” da özləri üçün Yeni ilin ilk günü kimi qəbul edərək, ona özlərinin Nou Ruz (Yeni Gün) adını veriblər. Yəni Yenidən Doğumu necə var eləcə də saxlamış, Ulu bayramımızı da onun bütün atributları ilə birgə mənimsəmişlər. İndi belə çıxır ki, onlar bizi deyil, biz onları yamsılayırıq.

Biz öz yazılı, kahkəşanlı tariximizi arayıb, axtarıb, öyünmədən, heç kəsi qıcıqlandırmadan, səbirlə, cəbrlə ortaya qoymalıyıq.
Buna uzun illər lazım gəlsə də, sonda udan əsil həqiqət, tarixi köklərə malik Azərbaycan xalqının ədaləti olacaq! Ayrıca bir dövlət olduğumuz bu qısa müddətin təcrübəsi sübut edir ki, hansı sahəyə dövlət qayğısı göstərilirsə, ora tərəqqi edir, çiçəklənir. Dünya ictimaiyyəti də əvvəl-axır dövlətin ortaya qoyduğu və xalq tərəfindən bəyənilən bu cür xariquladə əməllərlə, pozitiv meyillərlə və onların nəticələri ilə razılaşır. Elə Bahar bayramına dövlət qayğısı, dövlət sərəncamları təkcə xalqın öz bayramını qorxmadan, çəkinmədən yüksək səviyyədə açıqca keçirməsinə deyil, həm də millətin özünüdərkinə, onun öz dövləti ətrafında daha sıx birləşməsinə xidmət göstərən ən güclü amildir. Bizim də bu cür zəngin faktlarla dolu kahkəşanlı yazılı tarixmizin tədqiqində və dünyada təbliğində dövlət qayğısına yaman ehtiyacımız var desəm, kimsəyəsə öz xeyrim üçün əl açdığımı demirəm.
Yenə də Azərbaycan nəfinə danışıram.

_________________________________
Qeyd: Çıxışda işlədilən “a”, “ana”, “anu”, “anun” və s. “Əcdad” (Sietl, 1997) və “Mixi yazılı Azəri Türk dilinin qrammatikası” (Sietl, 2004) kitablarında Azərbaycan türk dili üçün təklif etdiyim qadın cins əvəzliyidir. “U” isə “o” əvəzində işlədilməsi mümkün sayılan işarə əvəzliyidir. Bunlar mixi yazılardan etdiyim tərcümələr sayəsində gəldiyim nəticələr, yaratdığım və istifadə üçün təklif etdiyim qadın cinsi və işarə əvəlikləridir.

Biz Göydən enməmişik, Yer adamı kimi Yerdə mövcud olan bütün nemətlərdən sayğılıqla istifadə edib, dilimizi də zamanların tələbi ilə təkmilləşdirməkdən qorxmamalıyıq. Qadın cinsi A-nın təkdə, cəmdə Anlarun nəyi pisdir ki?

Bu xəbəri paylaşın: