Yerdən əli üzülən Fransa indi də kosmosda hərbi təlimlərə başladı

Fransanın hərbçiləri ölkənin silahlı qüvvələrinin tarixində ilk dəfə kosmosda təlimlərə başlayıblar.

Fedai.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuat yayıb.

Təlimlər 1965-ci ildə buraxılmış ilk fransız peyki “AsterX”-in xatirəsinə “AsterX” adını daşıyır. Hərbçilər manevrlərin gedişatında potensial təhlükəli kosmik obyekti, həmçinin şəxsi peyk üçün təhlükəni izləyəcəklər.

«(Ssenariyə görə — red) Bir sıra hadisələr baş verir və kosmik infrastrukturumuzla əlaqəli böhranlar və təhdidlər ortaya çıxır, ancaq bunlar yeganə deyil», — Fransa kosmik qüvvələri komandanlığının başçısı Mişel Friedlinq Tuluzada jurnalistlərə deyib.

KİV-in məlumatına görə, təlimlərdə həmçinin ABŞ-ın kosmik qüvvələri və Almaniyanın kosmik agentlikləri iştirak edir. Təlimlər cümə gününə qədər davam edəcək.

Bu xəbəri paylaşın: