NATO Satınalma və Xidmət Agentliyi (NSPA) , NATO-Gürcüstan Birgə Təhsil və Qiymətləndirmə Mərkəzinə, ümumi dəyəri 1,2 milyon avro olan müxtəlif nəqliyyat vasitələri təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, nəqliyyat vasitələri mərkəzin potensialının inkişafı, hərəkətliliyinin artırılması və logistika komponentinin yaxşılaşdırılması məqsədi daşıyır.
Təqdimetmə mərasimində Gürcüstan Müdafiə nazirinin müavini Zurab Azaraşvili, Müdafiə Qüvvələri Komandirinin müavini, general-mayor Zaza Çxaidze, NATO-nun Əlaqələndirmə Ofisi rəhbərinin müavini Pirit Piker və NATO Satınalma və Xidmət Agentliyinin nümayəndələri iştirak ediblər.