Mingəçevirli Qazimiz baxımsızlıqdan şikayətlənir, baxan yoxdur…

Qazi Elnar Bayram oğlu Tağıyev və valideynləri baxımsızlıqdan gileyləniblər.


Döyüşlərdə ağır yaralanmış Elnar Tağıyev yataq xəstəsidir. Onun ciddi müalicəyə ehtiyacı var. Mərkəzi Hərbi hospitaldan evə buraxılandan az imkanlı valideynlər onun müalicəsini öz imkanları hesabına davam etdirirlər. Aldığı güllə yarasından yataq xəstəsinə çevrilən qaziyə həkimlərin «anadan gəlmə» diaqnozu qoyması isə faciədir. Ağır döyüşlərdə anadangəlmə xəstə necə iştirak edə bilərdi? Özü də Horadizdən başlayan döyüş yolu Şuşada yaralanma ilə yekunlaşıb. Bəs bu güllə yarasınıdamı «anadangəlmə» yazacaqsınız? 5 ay yataq xəstəsi olan qazi ilə kimsə bu günədək maraqlanmayıb.


Yataq xəstəsinə çevrilən qazinin ciddi müalicəyə ehtiyacı var. İnanırıq ki, «Yaşat» fondu Mingəçevir şəhərində yaşayan yataq xəstəsi Elnar Tağıyevin müalicəsini nəzarətə götürəcəklər. TƏBİB-in bu sahədə yarıtmaz fəaliyyəti elə indidən qazilərin ciddi narazılığına səbəb olub.


Bu istiqamətdə hər kəs əlindən gələn köməyi əsirgəməməlidir. Onlar Vətənimizi qorudular, biz də onları qorumalıyıq.

Qazimizin əlaqə nömrəsi: +99705954969


Türkay Xaqan

Bu xəbəri paylaşın: