AVMVİB Nəsimi rayon şöbəsində tədbir keçirildi

Ordudan tərxis olunmuş döyüşçülərlə görüş keçirilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov məlumat verib.

Elmar Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdıqdan sonra təşkilatın ictimai fəaliyyətində yeni situasiya yaranıb. Könüllü olaraq bizə üz tutan döyüşçülərlə görüşlər keçirir və onları öz istəkləri ilə AVMVİB üzvlüyünə qəbul edirik.

Görüşdə gənclərə döyüş zamanı göstərdikləri mərdlik və şücaətə görə minnətdarlığını bildirən Elmar Hüseynov, onlara Ali Baş Komandan cənab İlham Əliyev ətrafında daha sıx birləşməyə və bu mənfur düşmən təxribatlarına qarşı hər an hazır olmağa çağırdı.

Görüşdə iştirak edən gənc döyüşçülər hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov AVMVİB-yə üzv olan döyüşçülərə üzvlük vəsiqələrini təqdim etdi.

Xatırladaq ki, edilən çox saylı müraciətlərə baxmayaraq bu günədək AVMVİB Nəsimi rayon şöbəsinin qərargahı yoxdur.

Elnur Səlim

Bu xəbəri paylaşın: