Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçi və xanımına naməlum şəxs hücum edib.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ani məhəlləsinə elektrik enerjisinin verilməsi dayandırılıb. Həmin rayonda yaşayan 40 yaşlı Roman Romanov elektrik enerjisinin təchizatının nə vaxt bərpa olunacağını öyrənmək üçün çölə çıxıb. Daha sonra küçədə səs eşidən hərbçinin həyat yoldaşı Siruş evdən çıxıb. Ərinin maskalı şəxslə dava etdiyini görən arvad qışqıraraq polisə müraciət edəcəyini deyib. Maskalı şəxs ona da bıçaqla hücum edib.
Cütlük hadisə yerinə gələn polisə yaralandıqlarını söyləyib.
Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi 10 mart tarixində baş verən hadisə ilə əlaqədar soyğunçuluğa cəhd faktı ilə bağlı cinayət işi açıb.

