Qarabağda radio yayıma iddiaçıların adları açıqlanıb

Qarabağda regional radio kanalının açılması ilə bağlı keçirilən müsabiqə üçün ərizələrin qəbulu başa çatıb.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) açıqlamasında deyilir.

102,7 MHs işçi tezliyində yeni kanalın açılması uçun sənədlərini təqdim edənlərin siyahısında yeddi iddiaçının adı əks olunur.

Bunlar «Real Təhlil İnformasiya Mərkəzi» MMC, «Caspian İnternational Broadcasting Company» MMC, «Balans Studiyası» MMC, «İNS ÇM» MMC, «İsti Press» MMC , «ARB 24» MMC və «Azad Azərbaycan» Müstəqil Teleradio kompaniyasıdır.

«Televiziya və radio yayımı haqqında» qanuna əsasən, MTRŞ müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Bu xəbəri paylaşın: