AVMVİB Mingəçevir şəhər şöbəsində Ordudan tərxis olunmuş döyüşçülərlə görüş keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Natiq Həsənov məlumat verib.
Natiq Həsənov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdıqdan sonra təşkilatın ictimai fəaliyyətində yeni situasiya yaranıb. Könüllü olaraq bizə üz tutan döyüşçülərlə görüşlər keçirir və 60 nəfəri öz istəkləri ilə AVMVİB üzvlüyünə qəbul etdik.
Görüşdə gənclərə döyüş zamanı göstərdikləri mərdlik və şücaətə görə minnətdarlığını bildirən Natiq Həsənov, onlara Ali Baş Komandan cənab İlham Əliyev ətrafında daha sıx birləşməyə və bu mənfur düşmən təxribatlarına qarşı hər an hazır olmağa çağırdı.
Bu tədbirdə iştirak edən gənc döyüşçülər hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirdilər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov, AVMVİB-yə üzv olan döyüşçülərə üzvlük vəsiqələrini təqdim etdi və bildirdi ki, köhnə döyüşçülər olaraq daim sizinləyik. Bizim bir amalımız var. O da Dövlətimizin və dövlətçiliyimizin yanında olmaqdır.
Elnur Səlim








