AVMVİB İmişli rayon şöbəsində gənc veteranlara görüş

AVMVİB İmişli rayon şöbəsində Ordudan tərxis olunmuş döyüşçülərlə görüş keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov sosial şəbəkədə məlumat yayıb.

Görüşdə gənclərə döyüş zamanı göstərdikləri mərdlik və şücaətə görə onlara öz minnətdarlığını bildirən Taleh Tapdıqov, Ali Baş Komandan cənab İlham Əliyev ətrafında daha sıx birləşməyə və bu mənfur düşmən təxribatlarına qarşı hər an hazır olmağa çağırdı.


Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov AVMVİB-yə üzv olmaq istəyən döyüşçülərə üzvlük vəsiqələrini təqdim etdi


Görüşdə iştirak edən gənc döyüşçülər hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirdilər.

Türkay Xaqan

Bu xəbəri paylaşın: