Veteranlar Qazimizə baş çəkdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov, AVMVİB NTK sədri Niyazi Quliyev və müharibə veteranı Rasim Süleymanov müalicə alan qazimizə baş çəkiblər.

Vətən Mūharibəsi Qazisi Vahid Bayramova elə müalicə aldığı Xəstəxanada etdiyi müraciət əsasında AVMVIB Daşkəsən rayon şöbəsinin üzvūlūk Vəsiqəsi təqdim edilib.

Xatırlayırsınızsa, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov sosial şəbəkədə etdiyi bir paylaşımda qazinin vəziyyətini ictimailəşdirmək istədiyini yazmışdıq (22. 01. 2021).

Kamil Şirinovun çağrışından sonra həkimlərimiz müharibədə ağır yaralanmış döyüşçü  Bayramov Vahid Məmmədəli oglunu Respublika xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirərək müalicəsinə başlamışlar. Kamil Şirinov qazimizin vəziyyətinin yaxşılaşdığını və həkimlərin qayğısıyla əhatə olunduğunu bildirib.

Allah Şəhidlərimizə Rəhmət eləsin!

Allah Qazilərimizə can sagligi versin!

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: