AVMVİB Zəngilan rayon şöbəsi rəhbərliyi gənc veteranlarla görüş keçirdi

Gənc döyüşçülər 74 000 üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) üz tuturlar.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev sosial şəbəkədə etdiyi paylaşımında yazıb: «AVMVİB Zəngilan rayon şöbəsinin İdarə Heyəti olaraq, şöbəmizə müraciət edən 44 günlük Vətən müharibəsində döyüş yolu keçmiş bir qrup Zəngilanlı gənclərimizlə AVMVİB Səbail rayon şöbəsinin ofisində görüş keçirtdik.

Görüşdə gənclərimizə AVMVİB haqqında məlumat verdik».

AVMVİB Zəngilan rayon şöbəsi nin sədri Azad Musayev Zəngilan göbəsinin gördüyü işlər barəsində də gəmc əsgərləri məlumatlandırdı. Görüşdə şöbə sədrinin müavinləri Zakif Abbasov və Ənvər Qarayev də gənclərə keçdikləri döyüş yoluna görə təşəkkürlərini bildirib, işlərində uğurlar arzuladılar.

Sonda gənc döyüşçülər AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev tərəfindən Birliyin üzvülük vəsiqəsi və Fəxri fərmanla təltif edildilər.

Bu günə qədər artıq 15 gəncimiz şöbəmizə üzv qəbul edilib və müraciətlər davam edir.

Fedai.az

Bu xəbəri paylaşın: