AVMVİB Abşeron rayon şöbəsində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Abşeron rayon şöbəsi Rəhbərliyi AVMVİB üzvü, Abşeron rayon İcra Hakimiyyətinin Baş memarı Şahin Əkbər oğlu Bayramov Xatirə medallarıyla təltif edilib.

Bu barədə məlumat verən AVMVİB Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov təltif münasibətiylə Şahin Bayramovu təbrik edib.

Təltif mərasimində AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB Abşeron rayon şöbəsi sədrinin müavini Məhəbbət Qasımov iştirak ediblər.

AVMVİB sədrinin I müavini Kamil Şirinov, Ş. Bayramovu təbrik edərək, qeyd etdi ki, fəal, daim müharibə iştirakçılarının problemlərinə öz problemi kimi yanaşan veteranlarımızın təltif edilməsi təqdirə layiq haldır. Bu işlər davam etdirilməlidir.

Təbrik edirik!

Türkay Xaqan

Bu xəbəri paylaşın: