
AYDIN CAN
Mən onsuz da Ağdama gedəcəm… Aqil Abbas özünə toy edəndə…
Deməli, Əli Həsənovun vaxtında kəndə gedəndə Xanımgəlin deyirdi ki, Aydin bala, o televizorda danışanlar, o ev, ad alanlar da jurnalistdi, sən də?
Onda deyə bilirdim:
— Rəisə, o jurnalistlərin yiyəsi atası kənddən qovulmuş, atasının dəfnində olmayan, atasını söyən, kəndində atalar uşaqlarını oynamağa qoymadığı Əli Həsənovdur. Sən dədənin goru, özümü güc-bəla səni, ərin Məmmədi söydürmədən bu günə çatdırmışam, etmə-eləmə, o siyahıda, o jurnalistlərlə olmasam, yaxşıdır!
Xanımgəlin inanırdı mənə…İndi…
İndi 150 jOrnalist, b(v)logger, qhteşnik doldurublar avtobusa, aparıblar və… aparıblar, Ağdama — axır çərşənbəyə gedəndə nə deyəcəm Xanımgəlinə, bilmirəm: Xoşqədəmin, Zaurun dalınca və üzünə nəsə deyə bilərdim, soruşsa Afət Telmanqızı, Ləman Ələşrəfqızını bə niyə aparmayıblar, onlar da jurnalist deyil?
Ölkə deyil e… kayfulla rəhbərlikdi — a balam, yaxşı, o 150-dən ölmə-diril, vur-öldür, dart-cır, 50-sini başa düşdük — Aynur Camal, Vüsalə Mahirqızı, Mir Şahin Ağayev, Rəşad Məcid, Əvəz Zeynallı, Zaur Qəriboğlu… — bəs qalan 100 jurnalist saydığının içində niyə Ləman Ələşrəfqızı, Afət Telmanqızı yoxdu? Mən heç də… mən BDU-nun jurnalistikasını yox, Gəncə kolxoz təsərrüfatı texnikumunun şərabçılığını qurtarmışam, 35 ildi də reket jurnalistika ilə məşğulam, Əli Həsənov olanda Əli Həsənova, Ramiz Mehdiyev olanda Ramiz Mehdiyevə, Eldar Mahmudov olanda Eldar Mahmudova girənlərdən, təbrik yazanlardan, sevgilimlə hədiyyə göndərənlərdənəm, «suka»lıq edənlərdənəm, bə bu qızlar axı…
51… «svoy»ski» jurnalistdən sonra da… Ləman Ələşrəfqızı, Afət Telmanqızı, Aqil Alışov, Nəsimi Şərəfxanlı adı jurnalist siyahısına 52…53..54..55… sırasında düşmürsə… Ağdama getməyə-aparılmağa… ardını düşünmək belə qorxuludur!!!
Bə deyirdiniz Hikmət Hacıyev yaxşı oğlandır (mənim üçün hamı yaxşı oğlandır)!? Özümə görə sual vermədim ha!
Mən onsuz da Ağdama gedəcəm… Aqil Abbas özünə toy edəndə…
