Ermənistanda Baş Qərargahın faktiki olaraq 3 rəisi var

Ermənistan inzibati məhkəməsi Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsində qalması ilə bağlı qərar çıxarıb. Lakin bu, müvəqqətidir və məsələ ilə bağlı hüquqi proses hələ də davam edir.

Yekunda prosesin Qasparyanın əleyhinə tamamlanacağı ehtimalı daha böyükdür. Erməni vəkillər hesab edir ki, məhkəmə proseduru Qasparyana yalnız növbəti altı ay ərzində maaşını ala bilməyə kömək edə bilər.

Proses yekunlaşana qədər Qasparyan Baş Qərargah rəisi olaraq qalır. Bu isə Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində üç şəxsin “oturması” deməkdir:

— Məhkəmə qərarı ilə vəzifəsində qalan Qasparyan;

— Paşinyan tərəfindən irəli sürülən, prezident tərəfindən hələ təsdiqlənməmiş Artak Davtyan;

— Baş Qərargah rəisi vəzifəsini müvəqqəti icra edən müavin Stepan Qalstyan.(axar.az)

Bu xəbəri paylaşın: