İsmail Kalay yazdı: LİDER KİMDİR ?!

İngilis jurnalist Sina dağında qarşılaşdığı bir bədəvini soruşur:

-«Sizcə lider kimdir?


«Bədəvi deyir:

-«Təsvir etmək əvəzinə sualınıza bir hekayə ilə cavab verə bilərəmmi?»
Jurnalist:

-«Əlbəttə, hekayənizi danışın» — deyə cavab verir.


Bədəvi deyir:

-«Mənim kimi bir bədəvi Sina səhrasında, dəvəsi ilə və qızmar günəşin altında səyahət edirmiş. Birdən üfüq qaranlıqlaşır, göydə nadir hallarda görünən quşlar, bu dəfə qaranlığın əks istiqamətinə toplanaraq qanadlarını çırpırlar.

Səhranın mütləq səssizliyi daha sıxlaşır.

Təcrübəli bədəvi dərhal bu əlamətlərin şiddətli bir qum fırtınasının xəbərçisi olduğunu başa düşür. Dəvəsini çökdürür, üstünə enir. Yəhərdən isti qumun içərisinə möhkəm bir mıx çalar və dəvəsini bu dirəyə möhkəmcə bağlayar.

Sonra sürətlə yəhər çantalarından qatladığı kiçik çadırı qurub içəri girər və hər yandan qapısının qapalağını düyünləyir. Son düyünü bağlayarkən fırtına yerləşdikləri əraziyə gəlib çatır.

Kiçik çadırı az qala külək havaya qaldırsın və küləyin gətirdiyi qum dənələri çadırın səthinə az qala onu dəlib keçəcək bir sürətlə dəyir. Hər kiçik qum dənəsinin bədənində böyük ölçülü oxlar kimi verdiyi ağrılardan dəvə dilə gəlir:

-Bəy, canım çox ağrıyır. Heç olmasa başımı çadıra qoymağıma icazə verərdin?

Çöldə olmağın nə qədər çətin olduğunu yaxşı bilən kasıb bədəvi dəvənin bu istəyini qəbul edir:

-Yaxşı, başını çadıra qoya bilərsən. Dayanması bilinməyən fırtına getdikcə daha da güclənir. Dəvə yenidən sahibinə yalvarır:

Əfəndim, mənim boynum dərimin ən incə olduğu yerdir və indi çox ağrıyır. İzn ver boynumu da çadırın içərisinə soxum. ‘

Bir az qərarsızlıqla Bədəvi qum fırtınasının sonsuza kimi sürəcəyini düşünüb: «Tamam» — deyir.

Bu dəfə dəvə ilk iki xahişindən daha ağrılı bir səslə yalvarır:Əfəndim, xahiş edirəm, qoy hörgücümü də çadırın içərisinə soxum. Bədəvi bu son xahişi də qəbul edir. Lakin, dəvənin donqar beli içəri girəndən sonra, kiçik çadırda artıq tərpənməyə yer qalmır. Dəvə bu vəziyyətə bədəvidən əvvəl reaksiya verib deyir:

-Əfəndim, bu çadır ikimiz üçün çox dardır. Sən çölə çıxıb öz işinə bax.

-«Lider kimdir?» — deyə sorduğun sualın bu hekayəyə əsasən cavabı, dəvə başı daxil, onu çadıra buraxmayan insandır, Lider.

Atatürkdən sonra lider olan İsmət İnönü, Cümhuriyyət İnqilabının kənd inistitutlarını, ucqarlara uzanan qollarını bağladı.

Növbəti lider Menderes dindən siyasi alət kimi istifadə etmək ənənəsinin əsasını qoydu. Dini xurafat və siyasi fərziyyə olmadan xalqa dərs verəcək aydın ruhanilər yetişdirmək üçün qurulan İmam Hatip məktəblərinin missiyasını geri çevirdi. Növbəti lider Dəmirəl də Menderesdən betər oldu. Məzhəblər üzərindən siyasi istiqbal axtarmaqdan çəkinmədi. Növbəti lider Özal Mühibban-ı məzhəbi olduğunu gizlətməyə belə ehtiyac duymadı. Növbəti lider Erbakan dövründə məzhəb şeyxləri siyahının başında idi. Modern Türk Qadını imici arxasında hakimiyyət portfelini alan Baş nazir Çiller də öz nəbzini
təriqətlərlə ölçdü.

Ecevit, Bahçeli və Yılmaz hökumətləri, məzhəblərin altdan gələn dalğasını sığallamağa davam etdilər.

Cəmləşdirsək, Atatürkdən sonra gələn bütün liderlər, dəvəni çadırın içinə buraxdılar. İcazə verməkdən də çox həvəsləndirdilər. Bədəvi hekayəsini əsas götürsək, aşağıdakı nəticələr ortaya çıxır:

1) Türkiyə, 10 Noyabr 1938-ci ildən bəri, Cümhuriyyət olaraq 70 ilini onu həqiqi şəkildə müdafiə edən bir lideri olmadan keçirdi.

2) İstisnasız olaraq bu dövrdə gələn bütün liderlər, Cümhuriyyətə və Cümhuriyyət İnqilablarına zərbə «vurmaq» üslubunu əsas götürdükləri strategiyalarla öz siyasi strategiyalarını qurmuşlar.

3) O dövrdə təxminən üç nəsli əhatə edən, Türkiyənin milli təhsil siyasəti: «teokratikləşdirilmişdir» və «teokratikləşməkdədir».

4) 29 oktyabr 1923-cü ildə reallaşan «inqilab», 84 il davam edən bir «əks çevriliş» ilə ləğvin son mərhələsinə gəldi.

Son söz: «Başını çadıra soxan dəvə indi sahibini çölə çıxarmağa dəvət edir.»


«Dəvə» deyərək keçmə, kini çox dərin olur. Siz çadırdan atmaq üçün kifayət edər …

Alıntı: Selim Sarısoy

Bu xəbəri paylaşın: