Bütün postsovet məkanında rus həyasızlığı pik həddinə çatmaqdadır. Azərbaycana, Moldovaya, Ukraynaya, Qazaxstana və s. regionlara qarşı müxtəlif təxribat xarakterli bəyanatlar artıq yüksək tonla və yüksək kürsülərdən gəlməkdədir. Region dövlətlərinin bir anti Rusiya alyansı yaratmasının zamanı yetişib…
Həmin «Курды уже дождались. Кто на очереди а, товарищи украинцы?» başlıqlı yazının son müraciət hissəsini diqqətiizə çatdırmağı özümüzə borc bildik:
Məqaləmin sonunda, Ukraynalılara qısa bir müraciətim var.
Yoldaş, ukraynalılar, Suriyadakı amerikalıların kürd müttəfiqlərini necə asanlıqla atdığına fikir vermədinizmi? Amerikalıların onlara silah verməsi, öyrətməsi gerçəyi, bütün bunlar dərhal bir kənara atıldı, tərk edildi və geriyə də baxmadılar. Bənzətməyə diqqət edirsinizmi, yoldaş Ukraynalılar?
Kürdlərin işi bitdi, indi növbə kimindir? Qorxmursunuz, yoldaş Ukraynalılar, eyni aqibət sizi haqlamadan, Avropaya deyil, bizm Ordaya müraciət edin.
Ancaq həqiqət budur ki, bu gün Fransız rəssamlığı və rus ədəbiyyatı üzrə imtahanlarımız var. Unutmayın ki, başqa cür bizə girə bilməzsiniz, bunlar artıq sizə öyrədilib.
İkinci dəfə sizdən imtahan götürməyəcəyik və mənə elə gəlir ki, siz o imtahanı verə bilməyəcəksiniz, çünki imtahanlar çətin olacaq. Bu barədə düşünmək lazımdır. Ancaq bir şey məni düşündürür ki, siz bunu necə edəcəyinizi bilmirsiniz. Bəli, yəqin ki, düşünməyi bacarmırsınız.
Mənbə: https://prosto-news.ru/archives/
E. Səlim