Putin Paşinyanla nələrdən danışıb?

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Fedai.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Kremlin mətbuat xidmətindən bildirilib ki, Qarabağ ətrafındakı vəziyyət müzakirə edilərkən bölgədəki vəziyyətin sabitləşdiyi və ümumiyyətlə sakit olduğu məmnunluqla qeyd edilib.

Tərəflər energetika və koronavirus pandemiyası ilə mübarizə məsələlərini müzakirə ediblər.

Bu xəbəri paylaşın: